Ütünüzün işləyən elektrik mənbəyinə qoşulduğuna və buxar funksiyasının aktiv olduğundan əmin olun. Buxar tənzimləyicisi sferblatda, dəstəyində və ya düyməsində ola bilər. Buxar funksiyası ilə bağlı əlavə məlumat üçün istifadəçi təlimatınıza nəzər yetirin. Təlimatınızı tapmaqda çətinlik çəkirsizsə, məhsulun model nömrəsindən istifadə edərək buradan yükləyə bilərsiniz.
Problem hələ də davam edərsə, aşağıdakılardan birinin bu problemi həll edib-etməcəyinə nəzər salın.
Ütünüzdə kifayət qədər su olduğuna əmin olun.
Ütü çənində kifayət qədər su olmaya bilər. Onu MAX səviyyəyə qədər doldurun.
Tempratur parametrlərini yoxlayın
Suyu buxara çevirmək üçün ütünüz kifayət qədər qızmalıdır. Ütünü istifadə etməzdən əvvəl qızması üçün bir neçə dəqiqə gözləyin. İstifadəçi təlimatınızı nəzərdən keçirin və ütünüzü buxar funksiyası üçün kifayət qədər isti olan temperatur parametrində istifadə etdiyinizə əmin olun. Təlimatınızı tapmaqda çətinlik çəkirsizsə, məhsulun model nömrəsindən istifadə edərək buradan yükləyə bilərsiniz.
Buxar funksiyasından həddindən artıq istifadə etməkdən çəkinin
Ola bilər ki, qısa müddət ərzində buxar funksiyasından həddindən artıq tez-tez istifadə edirsiniz. Ütünü üfüqi vəziyyətdə saxlayın və buxar funksiyasını yenidən istifadə etməzdən əvvəl bir müddət gözləyin.
Ütü altlığını təmizləyin
Vaxt keçdikcə, ütü altlığında yığılıb qalan ərp və ya çirk buxar əmələ gəlməsinin qarşısını ala bilər.
Daha yüngül hallarda, altlığı nəm bez ilə silməyə cəhd edin. Ütünüzü aşağı temperaturda quraşdırın və qızmasını gözləyin. Bezi bir qab suya batırın və suyunu sıxın. Qaba bir neçə damçı qabyuyan maye əlavə edə bilərsiz.
Cihazı elektrik şəbəkəsindən ayırın və ütü altlığının ərp və çirkdən təmizlənməsi üçün nəm bez ilə silin. Əlinizlə ütü altlığına toxunmaqdan çəkinin. Ütünüzü yenidən istifadə etməzdən əvvəl qurumasına icazə verin.
Bu effektli olmasa, ütünüzü maksimum tempertatura tənzimləyin və qızmasını gözləyin. Buxar funksiyasını söndürün və ərp və çirki təmizləmək üçün kağız və ya kağız parça üzərində sürüşdürün.
Aşındırıcı yuyucu vasitələr və dəmir süngər və ya dəmir tor kimi təmizlik məhsullarından istifadə etməyin, çünki bu ütünüzün altlığını aşındıracaq və cızıqlar əmələ gətirə bilər.
Özünü təmizləmə funksiyasından istifadə edin
Bir çox Beko buxar generatorlu ütülərinin uzun müddət ərzində yığılıb qalan ərp və çirki təmizləmək üçün özünü təmizləmə fünksiyası var. Bu funksiyadan 2-3 həftədə bir dəfə istifadə edin. Əgər kran suyunuz çox sərtdirsə və ya ütü altlığından ərplərin axdığını görürsünüzsə, bundan tez-tez istifadə edin. Bu, ütünüzün ömrünü uzadacaq.
Ütünüzü yenidən su ilə doldurun, onu elektrik cərəyanına qoşun və qızmasını gözləyin. Termostat göstəricisi işığı sönərsə, onu cərəyandan ayırın. Ütünüzü çanağı üzərində saxlayın və ərp çıxarma düyməsini baxıb saxlayaraq silkələyin. Bütün su bitənə qədər gözləyin, daha sonra düyməni buraxın. Bu, bir neçə dəqiqə çəkə bilər.
Ütünü dik vəziyyətdə soyumağa qoyun. Ütü altlığını bez ilə silin.
Texniki problemləri nəzərdən keçirin
Problem hələ də davam edirsə, ütünüzün texniki nasazlığı ola bilər. Bundan şübhələnirsinizsə, səlahiyyətli xidmət şirkətinə müraciət edin.