Müqayisənizi silmək istədiyinizə əminsiniz?
Davam edin

2 Min oxuyun

Çəkmə gücünü itirmiş aspiratoru necə təmir etmək olar?

Çəkmə gücünü itirmiş aspiratoru necə təmir etmək olar?
Çəkmə gücünü itirmiş aspiratoru necə təmir etmək olar?
 
 

Aspiratorun çəkmə gücünü itirməsinə bir neçə səbəb vardır. Xahiş edirik, aşağıdakılardan birinin bu problemi həll edib-etməyəcəyinə nəzər salın.

 

 

 

Yağ filterini mütəmadi olaraq təmizləyin

 

Aspiratorunuzun havalandırıcı qovşağı varsa, çox güman ki, vaxtaşırı təmizlənməsi ehtiyac duyulan birdəfəlik istifadə üçün nəzərdə tutulmayan metal şəbəkə filterinə malikdir. Filteri mütəmadi olaraq təmizləməsəniz, yağ və toz onu dələrək aspiratorun havalandırıcısına və ya daxili divarlarına keçəcək. Bu hava axınını məhdudlaşdıracaq.

 

Filterin harada yerləşdiyini və necə təmizlənəcəyini görmək üçün istifadəçi təlimatınıza baxın. Təlimatınızı tapmaqda çətinlik çəkirsinizsə, məhsulunuzun model nömrəsini istifadə edərək buradan yükləyin. 

 

Yağ filterini təmizləmək üçün bir qədər qab sabunu və ya oxşar yağ çıxarıcı maddə ilə isti və ya qaynar suya qoyun. Yağın yumşalması üçün onu bir müddət isladın. Sonra süngər və ya yumşaq fırça ilə təmizləyin. Ayda bir dəfə filteri çıxararaq təmizləyin.

 

Bəzi aspirator filtrləri həmçinin qabyuyan maşın üçün təhlükəsizdir. Filteri yenidən quraşdırmazdan əvvəl yaxşı quruduğuna əmin olun. 

 

 

 

Karbon filterini mütəmadi olaraq dəyişin (havalandırılmayan modellər)

 

Aspiratorunuzun havalandırcı qovşağı yoxdursa, böyük ehtimalla karbon filteri istifadə olunur. Karbon filteri birdəfəlik istifadə üçün nəzərdə tutulduğundan vaxtaşırı dəyişdirilməsi lazımdır.

 

Karbon filterini çıxarıb dəyişmək üçün aspiratorunuzun istifadəçi təlimatındakı təlimatları izləyin. Təlimatınızı tapmaqda çətinlik çəkirsinizsə, məhsulunuzun model nömrəsini istifadə edərək buradan yükləyin.  

 

Karbon filterini altı aydan bir dəyişmək məsləhət görülür. Çoxlu bişirmə və qızartma edirsinizsə, karbon filterini 3-4 aydan bir dəyişməyinizə ehtiyac var. 

 

 

 

Çirkin yığılmasını yoxlamaq üçün aspiratorun içərisinə baxın

 

Aspiratorunuzun filterlərinin işlənməsini yaxşı təmin etmisinizsə, yoxlanılacaq başqa bir şey aspiratorunuzun havalandırıcısıdır. Aspirator uzun müddət təmizlənmədikdə,çirk və yağ filterlərə keçərək oradan da aspiratorun havalandırıcısına keçir. Az ehtimalla, başqa yad cisim aspiratorun içərisinə ilişib cihazın içərisindəki hava axınına mane ola bilər. 

 

Aspiratorun bütün çıxarıla bilən hissələrini çıxarıb içərisini yoxlayaraq problemin bu olmadığından əmin olun. Bunu edərkən, nəmli bez ilə daxili divarları yaxşıca silin. Qeyri-aşındırıcı təmizləyici məhsullar və ya qab sabunu istifadə edə bilərsiniz.

 

Yenidən quraşdırmadan əvvəl daxili divarları və filteri yaxşıca qurutduğunuzdan əmin olun.

 

 

Havalandırıcı qovşağı

 

Aspiratorunuzun hava axınına havalandırıcl qovşağından və ya havalandırıcının özündə qalmış cisimlər tərəfindən mane ola bilər. Bundan şübhələnirsinizsə, səlahiyyətli xidmət şirkəti ilə əlaqə saxlayın.

 

 

 

Texniki problemləri nəzərdən keçirin

 

Problem davam edərsə, aspiratorunuzda texniki problem ola bilər. Bundan şübhələnirsinizsə, səlahiyyətli xidmət şirkəti ilə əlaqə saxlayın.

 

 

Kimsə ilə məsləhətləşmək daha yaxşıdır?

Beko