Everything you need to know about

Blender

FAQ's

Hər Beko blenderi unikal seriya nömrəsinə malikdir. Bu zavod etiketində tapıla bilər. 

 

Etiketin yeri avadanlığınızın modelindən asılı olaraq dəyişir. Stasionar blenderin zavod etiketi avadanlığın alt hissəsində yerləşdirilir. Əl blenderinin etiketi isə tutacağın arxa hissəsində yerləşdirilir. 

Əl blendrinizi çox uzun müddət işlətsəniz o həddindən artıq qıza bilər.

 

Həddindən artıq qızmanın qarşısını almaq üçün blenderinizi bir dəfəyə 10 saniyədən çox işlətməyin və onun hər istifadə arasında bir neçə saniyə istirahət etməsinə icazə verin. Həddindən artıq qızarsa, yenidən istifadə etməzdən əvvəl soyudun.

Xəmirqarışdırıcı başlığı varsa, xəmir yoğurmaq üçün əl blenderinizdən istifadə edə bilərsiniz. Unutmayın ki, əl blenderinizdən çox istifadə etməyiniz onun qızmasına səbəb ola bilər.

 

Həddindən artıq qızmanın qarşısını almaq üçün blenderinizi bir dəfəyə 10 saniyədən çox işlətməyin və onun hər istifadə arasında bir neçə saniyə istirahət etməsinə icazə verin. Əgər qızarsa, onu yenidən istifadə etməzdən əvvəl soyumasını gözləyin.  

İstifadə edə bilərsiniz, lakin xahiş edirik çox ehtiyatlı olun.

 

Hansı konteynerdən istifadə etməyinizdən asılı olmayaraq, tam doldurulmadığından əmin olun. İsti mayelər soyuq olanlara nisbətən daha asan ətrafa sıçrayır və bu vəziyyət olduqca təhlükəlidir.

Əl blenderi şorba, yumurta və ya püre kimi sulu inqrediyentlər ilə əla işləyir. 

 

Əl blenderləri şorbaları, pudinqləri, püreləri və ya sosları qazanda üyütməkdə mükəmməldir. Blenderinizi isti mayelərdə istifadə edərkən ehtiyatlı olun çünki, onlar sərinlərə nisbətən daha asan sıçradığına görə təhlükəli, sıçradığı zaman isə daha təhlükəli olurlar.

 

Əl blenderiniz mühərrik gücündən asılı olaraq, bərk inqrediyentlər ilə də işləyə bilər, lakin zamanla bıçaqlar kütləşə bilər. Əvəzinə, qəhvə toxumu, buz kubları, qoz, toxumlar və ya sümüklər kimi son dərəcədə bərk inqrediyentlər üçün stasionar blender və ya qida prosessorundan istifadə edin.

Əl blenderlərini ən yaxşı şəkildə şorba, yumurta və ya kartof püresi kimi sulu maddələrlə işlətmək olur. Əl blenderinizi mühərrikinin gücündən asılı olaraq daha bərk inqrediyentlər üçün istifadə edə bilərsiniz, lakin blenderin bıçaqları zamanla kütləşə bilər.

 

Qəhvə dənəciyi, buz kubları, kakao, dən və ya sümüklər kimi çox bərk inqrediyentlər üçün stasionar blender və ya qida prosessoru istifadə edilməsi daha məqsədəuyğun olar. 

Blenderinizi ilk dəfə istifadə etməzdən əvvəl, qida məhsulları ilə təmasda olan bütün hissələrini təmizləyin. Bıçaqları yoxlayarkən cihazını elektrik şəbəkəsindən ayrı saxlayın və yalın əllə toxunmayın. 

 

Cihazınızın hissələrin az miqdarda yumşaq təmizləyici maddədən istifadə edərək isti su ilə təmizləyin. İstifadədən əvvəl bütün hissələri hərtərəfli qurulayın. 

 

Cihazınız hamar səthlərdə də işlədilə bilər. İstifadə etməzdən əvvəl düz, hamar bir səthə qoyun.

Xəmirqarışdırıcı başlığı varsa, xəmir yoğurmaq üçün əl blenderinizdən istifadə edə bilərsiniz.

 

Stasionar blenderlər müxtəlif mühərrik gücündədirlər. Əgər blender şkalanın daha zəif nöqtəsindədirsə,  siz onu çox istifadə etdikdə qıza bilər. Həddindən artıq qızmasının qarşısını almaq üçün cihazınızı davamlı işlətmək yerinə fasilələrlə işlədin. Əgər qızarsa, onu yenidən istifadə etməzdən əvvəl soyumasını gözləyin.  

general-cta-image

We're here for you!

Whether you need product advice, went to purchase accessories or simply want to give feedback - we're here for you.

(888) 352-2356 Monday through Friday 8 a.m. - 5:30 p.m. CST

Need more support?

Find FAQ's, video guides, articles and more.

Beko