Əllə yuma üçün mübahisə iki tərəflidir. Bəziləri əllə yumağın ekoloji cəhətdən daha təmiz olduğu üçün qabyuyandan heç vaxt istifadə etməyəcəklərini iddia edirlər. Başqaları isə daha yaxşı təmizlik nəticəsi əldə etdikərini iddia edirlər.
Vaxta qənaət
Qabları əllə yumaq vaxt aparır. Bununla bağlı çox da mübahisə yoxdur. Bəs qabyuyan sizə nə qədər vaxt qənaət etdirəcək?
Bir tam qabyuyan maşın yükünün (boşqablar, çəngəl-bıçaq və qab-qazan daxil olmaqla) əllə yuyulması bir saata qədər vaxt ala bilər. Qabyuyanlarla bu yükü bitirməyə 2 və 3 saat çəkəcək, amma həftədə 4 saat əl əməyinizə qənaət edəcəyinizi göz önünə gətirin. Sadəcə bu boş vaxtı necə keçirəcəyinizi düşünün!
Qablara qayğı
Bəzi insanlar qablarının və ya stəkanlarının qabyuyanda zədələnəcəyindən narahat olurlar və belə düşünərək əllə yumanın təhlükəsiz olduğunu iddia edirlər. Düzgün yüklənmiş qabyuyan maşın qablara və digər əşyalara zərər verməməlidir. Sadəcə qabyuyan üçün təhlükəli olan hər şeyin cihazdan uzaq olduğuna əmin olun.
Təmizlik performansı
Əgər əllə yuma zamanı daha keyfiyyətli təmizliyə nail olduğunuzu düşünürsünüzsə, yenidən düşünün. Rezin əlcəklərlə belə, əllərimiz bakteriyanı öldürmək üçün lazım olan su istiliyinə dözə bilməz. Qabyuyan suyu 60 °C -yə qədər qızdıraraq bakteriyanın çoxunu öldürür.
Üstəlik, güclü su fontanları mətbəx əşyalarınızda qida və çirki sökür. Yan-yana həyata keçirilən qarşılaşdırmalar göstərir ki, qabyuyanla əldə olunmuş nəticələr demək olar ki hər zaman əllə yumadan daha yaxşıdır. Bildirilir ki, ən yaxşı təmizlik performanısı əldə etmək üçün qabyuyanınızı düzgün qaydada yükləməlisiniz.
Pula qənaət
Cihazın ilkin qiyməti və su, elektrik enerjisi sərfiyyatını nəzərə alaraq bəzi adamlar düşünür ki, qabyuyan sadəcə həddən artıq xərc ola bilər. Qabyuyan pulunuza qənaət edəcəkmi?
İstifadə vərdişlərini və ailə üzvlərinin sayını bilmədən bu suala cavab vermək biraz çətindir. Deyilir ki, bir çox hallarda ömrü boyunca bir qabyuyan pulunuza əllə yumadan daha artıq qənaət edəcək, sadəcə ona görə ki, o suyu və elektrik enerjisini əllə yumağa nisbətən daha səmərəli istifadə edir. Və sonra, əlbəttə, bütün bu vaxta qənaət edəcəksiniz-bunun üçün hansı qiyməti təyin edərdiniz?
Ətraf mühitə təsir
Qabyuyan elektrik enerjisindən və sudan daha çox istifadə edir, bu o deməkdir ki, əllə yuma daha ekoloji təmizdir... Bu sadəcə belə deyil. Hətta ən böyük qabyuyanlar bir dövrəyə təxminən 12 litr su istifadə edir, halbuki bir çox çanaqları doldurmaq üçün 20-30 litr suya ehtiyac var. Üstəlik, 12 nəfərlik qabyuyanın tutacağı qədər əldə qab yumaq üçün su götürmək istəyirsinizsə, onu dəyişmək ehtimalınız ola bilər. 10 illik istifadə müddətində qabyuyana nisbətən əllə yumada 7 dəfədən çox su istifadə edəcəksiniz.
Enerjiyə gəldikdə, qabyuyan elektrikdən suyu qızdırmağa istifadə edir və nəzərə alanda ki, o mətbəx çanağını doldurmaqdan daha az su istifadə edir, bu, o deməkdir ki, o həm də daha az enerji istifadə edəcək. 10 illik istifadə müddətində qabyuyan təxmini olaraq əllə yumanın yarısı qədər enerji istifadə edəcək.
Nəticə olaraq, məntiqli və səmərəli istifadə olunduğu təqdirdə qabyuyan əllə yumaya bütün məqamlarda qalib gəlir.