Müqayisənizi silmək istədiyinizə əminsiniz?
Davam edin

3 Min oxuyun

Qabyuyanınızı necə düzgün yükləmək olar?

Qabyuyanınızı necə düzgün yükləmək olar?
Qabyuyanınızı necə düzgün yükləmək olar?

 

 

Qabyuyan maşınınız sizin mətbəxdəki ən yaxşı dostunuz ola bilər, ancaq onu ən yaxşı şəkildə fəaliyyət göstərməsi üçün düzgün qaydada yükləməlisiniz. Həddindən artıq və ya nizamsız yükləmə təmizlik performansını əhəmiyyətli dərəcədə azalda bilər, ona görə də yükləmə üçün ən doğru yanaşma üçün bu təlimatı nəzərdən keçirin.

 

 

 

Yükləmədən öncə

 

Qablarınızı və çəngəl-bıçaqlarınızı qabyuyan maşına yerləşdirmədən öncə yumağa ehtiyac olduğu kimi kütləvi yayılmış yanlış fikir var ki, bu bəzilərinə sadəcə əllə də yuya biləcəkləri düşüncəsini verir. 

 

Əllə yuma ilə müqayisədə daha çox su və enerjiyə qənaət etməkdən başqa, qabyuyan maşınlar qabları içəri yerləşdirməzdən əvvəl onların parlaq və təmiz olmasını tələb etmir. Sadəcə qalıqları və böyük qida parçalarını götürün, qalanları da sizin cihazınızın əlindədir.

 

Qabyuyan maşınınızın çəlləyinə əvvəlki yuma zamanı heç bir əşya düşmədiyinə əmin olmaq üçün hər yumadan öncə qabyuyan maşınınızın içərisinə nəzər salmağa dəyər.

 

 

 

“Etməli” və “Etməməli”

 

Bəziləri hətta bunu incəsənət adlandırır. Beləki, qabyuyanı düzgün formada yükləməyin iki əsas qaydası mövcuddur. 

 

1. Hər şeyi üzü ortaya istiqamətlənəcək şəkildə yerləşdirin və

2. Qoyduqlarınızın bir-birinə toxunmamasına çalışın (bacardığınız qədər) 

 

Üçüncü olaraq “həddən artıq yükləməyin” qaydasını da əlavə etmək olar, amma 2-ci qayda onu da əhatə edir. Bu iki sadə rutin, qabyuyan maşındakı hər bir əşyanın sudan bərabər təsir görməsini və səthlərinin su püskürdücüsü istiqamətinə çevrilməsini təmin edir.

 

 

 

Üst rəfin yüklənməsi

 

Üst rəf müxtəlif həcmli stəkan və fincanlar, kiçik kasalar üçün nəzərdə tutulub. Bu əşyaları suyun içərisinə keçə bilməsi üçün tərsinə olmaqla rəfin hər iki tərəfi boyunca düzün. 

 

Üst rəfdə adətən kiçik kasalar üçün dişlər (əşyaları sıx saxlamaq üçün nazik dirəklər) olur. Səbətin ön yarısındakı kasaların arxaya, arxa yarısındakıların isə ön tərəfə baxacaq şəkildə yükləndiyindən əmin olun. Bu kasaların iç səthinin su axınının təsirinə məruz qalması üçün nəzərdə tutulub.

 

Püskürtmə qollarının qarşısına maneə olmaması və səthlərə çatmasının əngəllənməməsi üçün sıx yığmayın. Rəfdə hər şey rahat şəkildə oturmalı, hərəkət edə biləcək şəkildə boş və ya qıcırdayacaq və ya çatlayacaq qədər sıx olmamalıdır.

 

Kiçik və orta ölçüdə qazanları və tavaları da təbii ki, üzü aşağı olacaq şəkildə yuxarı rəfə yerləşdirə bilərsiniz. Üst rəfininiz yan tərəflərini aşağı qatlandıqda qab rəfi rolu da oynaya bilər. Bura çökək hissəsi aşağı olacaq şəkildə spatulalar, çömçələr və digər uzun əşyalar yerləşdirə bilərsiniz. Palyatyuyan maşınınızda kiçik mətbəx əşyaları rəfi yoxdursa onları eləcə fincan və stəkanların arasına düzə bilərsiniz. Unutmayın ki, taxta və yaxşı mətbəx bıçaqları heç vaxt qabyuyan maşına yerləşdirilməməlidir.

 

 

 

Çəngəl-bıçaq səbətindən istifadə

 

Çəngəl-bıçaq səbətinin doldurulmasında nəzərə almalı olduğunuz bir neçə məqam var. Əvvəlcə nəzərinizdə olsun ki, paslanmayan polad və gümüş qabyuyan maşında reaksiyaya girə və bu gümüş dəstlərin zədələnməsinə səbəb ola bilər. Onların çəngəl-bıçaq səbətinin əks tərəflərində olduqlarından əmin olun. 

 

Eyni növdən olan çəngəl-bıçağı qruplaşdırmayın—qarışdırın! Eyni növdən olan çəngəl bıçaqlar, xüsusilə də qaşıqlar “iç-içə” keçməyə meyillidirlər. Bu suyun bütün əşyaların səthlərinə çatmamasına səbəb olur. 

 

Bundan yayınmağın etibarlı üsullarından biri çəngəl-bıçaq dəstlərinin əksəriyyətinin üzərinə qatlanan qapaqlardakı yuvaları istifadə etməkdir. Buradakı kompromis ondan ibarətdir ki, bu daha qarışıqdır və yükləyib boşaltmaq daha artıq vaxt tələb edir. 

 

Son olaraq bıçaqlar başı-aşağı şəkildə yerləşdirilir! Təhlükəsizlik nöqteyi-nəzərdən bıçaqlarınızın kəsici hissəsi aşağı baxacaq şəkildə və tutacaqları yuxarı çıxacaq şəkildə yerləşdirin. 

 

 

 

Elastik rəflər

 

Müasir qabyuyan maşınlar müxtəlif əlavə rəflər və uyğunlaşdırıcı həllər təklif edir. Bıçaqlar üçün sürüşdürüləbilən üçüncü rəf aşağı səbətdə yer açmaqla gətirdiyi faydaya görə getdikcə daha da məhşurlaşır. FlexiDrawer™ kimi texnologiyalar qabyuyanınıza əlavə rahatlıq qatır.

 

 

 

Aşağı rəfi yükləmək

 

Bura iri boşqablar və kasalar habelə, qazanlar və tavaları yerləşdirəcəyiniz yerdir. Çox vaxt qab-qacaq kombinasiyasını içəri yerləşdirmək istəyəcəksiniz. Boşqab və kasalar üzü qabyuyan maşının ortasına baxan şəkildə yerləşdirilməlidir, bu isə püskürtmə qollarına düzgün şəkildə məruz qaldığını təmin edir. Onları düzgün yerləşdirməkçün aşağı rəflərdəki dişlərdən istifadə edin. 

 

Əgər sizin aşağı rəfinizdə dişlər qatlanırsa, bu böyük qazanlar və tavalar kimi mürəkkəb əşyalara yer açmaq üçün faydalı ola bilər. Bİr daha əmin olun ki, onların iç səthinin üzü püskürtmə qoluna tərəfdir. 

 

Nəhayət, doğrama lövhəsi və boşqablar kimi səthi düz olan əşyalar püskürtmə qollarının yolunu kəsməmək üçün rəfin kənarı boyunca yerləşdirirlir.

 

 

 

Beləliklə, qabyuyanınızı düzgün şəkildə yüklədiyinizə görə, yuyucu vasitə əlavə edib proqramı seçərək, cihazınız bu ağır işin öhdəsindən gələrkən istirahət edə bilərsiniz.

 

 

Kimsə ilə məsləhətləşmək daha yaxşıdır?

Beko