Müqayisənizi silmək istədiyinizə əminsiniz?
Davam edin

3 Min oxuyun

Qabyuyanın enerji etiketlərini necə oxumaq olar?

Qabyuyanın Enerji Etiketlərini necə oxumaq olar?
Qabyuyanın Enerji Etiketlərini necə oxumaq olar?

 

 

Enerji etiketləri məhsul barədə çoxlu faydalı məlumat əks etdirir. Orada hansı növ informasiyanın əks olunduğuna və onların nə məna ifadə etdiyinə yaxından nəzər salaq.

 

 

 

AB enerji etiketi nədir?

 

AB enerji etiketləri əksər məişət texnikası üçün Avropa Birliyi tərəfindən təyin olunmuş enerji səmərəlilik dərəcəsinin standartlaşdırılmış sistemidir. İlk AB enerji etiketləri məhsul üzərində 1994-cü ildə əks olundu. Həmin vaxtdan bəri, bir çox avadanlıq kateqoriyaları AB Enerji qaydalarına daxil edilib və etiketlər bir neçə dəfə yenilənib. 

 

AB enerji etiketlərinin əsas məqsədi iki yolla Avropada məişət texnikasının enerjini istehlakını tamamilə azaltmaqdır: 

 

1. İstehlakçılara aydın müqayisə kriteriyası təqdim etmək və onların daha çox enerji qənaətli məhsul seçməsini təmin etmək və 

2. Şirkətləri daha çox enerji qənaətli məhsullara investisiya qoymağa yönəltmək. 

 

Enerji etiketləri cihaz barədə onun aylıq enerji istehlakı, səs-küy səviyyəsi və ya tutumu kimi çox əhəmiyyətli informasiyanı özündə əks etdirir. Bu balaca etiketlər demək olar ki, yeni bir qabyuyan axtararkən nəzərə almalı olduğunuz hər şeyin kiçik bir xülasəsi kimidir.

 

 

 

Qabyuyanın enerji etiketində nə qeyd olunur?

 

AB qabyuyan maşınları üçün enerji etiketinin təsviri, simvol və rəqəmlərin izahı: 

 

Hər bir reytinqin və nömrənin daha ətraflı mənasını tapmaq üçün oxuyun.

 

 

 

01.

Eneji sinfi (A+++ -dan D-yə)

 

Qabyuyan maşının enerji reytinqləri A +++ dan D-yə qədər dəyişir və ən böyük qabyuyan maşınlar ümumiyyətlə ən səmərəlidir. Unutmayın, hər yumada ən az enerji və su istehlakına nail olmaq üçün maşın dolu olmalıdır.

 

Bir maşının səmərəliliyinə təsir göstərən əsas komponentlərdən biri invertor mühərrikidir. Fırçasız mühərrikli qabyuyan maşınlara baxın. Digər motor növlərindən daha səmərəli və səssizdirlər.

 

 

 

02.

İllik enerji istehlakı (kVt/il)

 

Qabyuyan maşının enerji etiketləri illik enerji istehlakının qiymətləndirilməsinidə təmin edəcək, lakin bunun dəqiqliyi cihazı nə qədər istifadə etdiyinizə bağlı olacaqdır. Qabyuyan maşınlar üçün illik enerji istehlakı bir ildə 280 standart yuma dövrünə əsaslanır və bu da həftədə 5 yuma deməkdir. 

 

Fərdi yuma vərdişləriniz qabyuyan maşınınızın istifadə etdiyi gücün həcminə böyük təsir göstərəcəkdir. Yenə də bir qabyuyan maşının illik enerji istehlakını bölgənizdəki bir kilovat saat elektrik enerjisi dəyəri ilə vurmaq sizə bu cihazı il boyu işlətməyin neçəyə başa gələcəyini yaxşı qiymətləndirməyinizə kömək edəcəkdir. 

 

 

 

03.

İllik su istehlakı (L/il)

 

Qabyuyan maşın enerjisi etiketləri, ümumilikdə ildə 3300 ilə 3600 litr arasında olan illik su istehlakının qiymətləndirilməsini də təmin edir. Yenə də bu, ildə 280 standart yuma dövrünə əsaslanır.

 

 

 

04.

Qurutma səmərəliliyi sinfi (A - G)

 

Qabyuyan maşınların qurutma səmərəliliyi reytinqləri A-dan G-yə qədər dəyişir və qurutma zamanı qabyuyan maşınınızın nə qədər səmərəli olduğunu göstərir.

 

 

 

05.

Tutum (yer parametrləri)

 

Qabyuyan maşın tutumu “yer parametrləri” ilə ifadə edilir. Bir qabyuyan maşına nahar boşqabları, desert boşqabları, tək stəkanlar, şorba kasası, çay fincanı, nəlbəki və çəngəl-bıçaqları daxildir.

 

 

 

06.

Səs-küy səviyyəsi (dB)

 

Son olaraq, siz enerji etiketində cihazın fəaliyyət zamanı küy səviyyəsini görə bilərsiniz. Müasir maşınların əksəriyyəti 40-55 dB ətrafında səs-küy səviyyəsinə malikdir. Misal olaraq, normal səs-küy 60 dB hesab edilərsə, ev telefonundakı zəng 80 dB sayılır. 

 

 

 

Enerji səmərəliliyinə niyə diqqət eməlisiz?

 

2 əsas səbəbə görə:

 

1. Ailə büdcəniz və 

2. Mühit 

 

Daha yüksək enerji reytinqinə sahib olan qabyuyan maşınlar biraz daha bahalı olsalar da, daha az enerji sərf edirlər. Enerji baxımından səmərəli bir qabyuyana keçmək, enerji xərclərinizi 50%-ə qədər azalda bilər vəbu ilk investisiyanı bir neçə ildə geri qaytara bilər. 

 

Enerji qiymətləri dünyada daha yüksək nisbətdə artmaqdadır. Həyat tərzimiz, mənbələr azaldıqca getdikcə daha çox enerji tələb edir. Avropa Komissiyasına görə, cihazınızın ömrü boyunca qazancınız 300 Avroya qədər arta bilər. Və bu hesablamada zamanla qiymət artımı nəzərə alınmır.   

 

“Sadəcə bir tozsoran hansı fərqi yarada bilər?” deyə düşünürsünüz. Bəli, bu kumulativ təsirdir. Mənbələrin azaldığı və insan həyatının təbiətə təsirlərinin artdığı zamanda enerji səmərəliliyi heç vaxt indikindən daha əhəmiyyətli olmamışdır. 

 

Bütün Avropa qabyuyan maşınlarını enerjiyə qənaətli olanlarla yeniləsəydi, 2020-ci iləqədər 2 TVh (yəni 2 000 000 000 kVh!) elektrik enerjisinə qənaət ediləcəkdi.  

 

 

Kimsə ilə məsləhətləşmək daha yaxşıdır?

Beko