Qabyuyan maşın mətbəxinizi təmiz saxlamaqda qismən kömək etsə də, hər şeyin öhdəsindən gələ bilmir-bəzi əşyalar qabyuyan maşına daxil edilməməlidir. Müəyyən əşyalar yuma zamanı zədələnə bilər və ya daha pisi, qabyuyan maşın özü zədələnə bilər.
Bu siyahıya göz atın və bu əşyaları cihazınızdan uzaq tutmağa çalışın.
İti aşpaz və mətbəx bıçaqları
Yuyulma prosesi nəinki, yüksək keyfiyyətli bıçaqları və onların tutacaqlarını zədələyir, həm də iti bıçaqlar rəflərin ətrafındakı plastik örtüyü cıza bilər ki, bu da paslanmaya gətirib çıxara bilər. Şübhəsiz, iti bıçaqlarınızı və cihazınızı əla vəziyyətdə saxlamaq üçün bunları əl ilə yumaq ən yaxşısıdır.
Taxta qab-qacaq və kasalar
Qab yumaq üçün nəzərdə tutulan yuyucu vasitə taxtanın qurumasının qarşısını alan təbii yağları yuya bilər. Bu baş verərsə, qab-qacaqlar və kasalar çatlayar və şişər. Bunları əldə yumşaq qabyuyan vasitə və ilıq su ilə yuyun, amma islaq şəkildə qoymayın.
Tökmə dəmir qazan
Tökmə dəmir qazan və tavalar, xüsusilə də yağla işlənilmiş mükəmməl bişirmə səthi yaradanda mümkün ən yaxşı bişirmə vasitələri olur. Qabyuyan maşındakı isti və qabyuyan yuyucu vasitə tökmə dəmir qazanı cızacaq və yararsız edəcək. Əl əməyi bunları yumaq üçün ən yaxşı vasitədir, amma paslanmanın qarşısını almaq üçün yaxşıca quruladığınızdan əmin olun.
Yapışmayan tavalar
Qabyuyan maşında yuyula bilən olaraq etiketlənməsinə baxmayaraq, qabyuyanlardakı isti və yuyucu vasitə yapışmayan təbəqəni zamanla aşındıra bilər. Əgər bunları qabyuyan maşına qoymaq lazım olarsa, qurulama prosesini keçin, çünki ən çox burada zədəyə məruz qalır. Unutmayın, tavanın səthində cızıq və ya qopma görsəniz, atın-zərərli maddələr yapışmayan səthin altından üzə çıxa bilər.
Mis tavalar
Mis parlaq, canlı parıltıya malikdir və gözəl görünür. Qabyuyan maşındakı kimyəvi maddələr bu parlaqlığı aparacaq və hətta daha pisi çopurlaşmaya səbəb olacaq. Bunu heç bir mis boyası düzəltməyəcək!
Alüminium qazanlar
Alüminium qazanlar işıqlı və parlayan səthi ilə əla görünür. Qabyuyan maddənin sərtliyi parlaqlığı aparacaq və kimyəvi reaksiya səthlərdə ləkələrin əmələ gəlməsinə səbəb olacaq. Qabyuyan maşın üçün nəzərdə tutulduqları iddia edilsə də, yaxşı görünmələri üçün bu əşyaları əl ilə yuyun.
İzolə edilmiş qablar
İzolə edilmiş qablar və termoslar isti və ya soyuq şeylər saxlamaq üçün əladır, amma bunlar da qabyuyan üçün təhlüksizdir etiketi olmadıqca qətiyyən qabyuyan maşına yerləşdirilməməlidir. Cihazınızdakı istilik bu növ cihazların izolyasiya tədbirləri üçün nəzərdə tutulan rezinləri zədələyə bilər.
Şəkilli və rənglənmiş stəkanlar
İstər ölçmə qabı olsun, istərsə də bəzədilmiş bakal, qabyuyanda təkrarlanan dövrlər şüşə qablara yazılmış və rənglənmiş hər şeyi aparacaq.
Köhnə çini, farfor, büllur və digər zərf əşyalar
İrsi olan bəzi şeylər üçün pula qıymısınızsa, yaxşı olardı ki, bu şeyləri qabyuyandan kənar tutasınız. Qabyuyan maddə və istilik dekorasiyaya zərər verə bilər və hətta dünyadakı ən güclü iradəylə belə daha incə əşyalar yuma dövrü zamanı başqalarına dəydikdə ovulmağa meyillidirlər.
İncə plastik qablar və ya saxlama qabları.
Baxmayaraq ki, bir çox qida qabları qabyuyan maşın üçün nəzərdə tutulub birdəfəlik servis qutuları, yağ çəlləkləri və incə saxlama qabları qabyuyan maşının istiliyinə davam gətirməyəcək və deformasiya olacaq.