Qabyuyan maşınınızın suyu boşaltmamasının bir neçə səbəbi ola bilər. Xahiş edirik, aşağıdakılardan birinin bu problemi həll edib-etməyəcəyinə nəzər salın.
Filterin çirkli və ya tıxanıq olub-olmamasına nəzarət edin
Qabyuyanınzda təmizlənməyə ehtiyacı olan drenaj filteri mövcuddur. Qabyuyanınızın drenaj filterini çıxarın və qida qalıqlarının yığıldığını yoxlayın.
Drenaj filterinə çatmaq üçün qabyuyanın aşağı rəfini dartaraq çıxarın. Cihazın aşağısındakı filteri çıxarın və su kranının altında yuyun. Uyğun su drenajı və pis qoxuların qarşısını almaq üçün bu əməliyyatı həftədə bir dəfə təkrarlayın.
EverClean™ Filterinin üstünlüklərindən faydalanın
Bir çox Beko qabyuyan maşın EverClean™ Filter xüsusiyyəti ilə gəlir. Bu xüsusiyyət drenaj filterini içəridən təmizləyən xüsusi bir çiləyici sistemdən istifadə edir. EverClean™ Filteri sayəsində Beko qabyuyan maşınının dörd dəfə daha az təmizlənmə tələb edir.
Drenaj şlanqının düzgün quraşdırıldığından əmin olun.
Cihazınız suyu xaric edə bilmirsə, suyu qəbul etməyəcək. Qabyuyanınıza qoşulan drenaj şlanqının vəziyyətini yoxlayın. Kanalizasiya çıxışı ilə yerdən ən azı 50 sm və ən çox 100 sm hündürlükdə olduğundan əmin olun.
Drenaj şlanqında əyilmə və ya tıxanma olub-olmadığını yoxlayın
Drenaj şlanqı birbaşa kanalizasiya çıxışına və ya çanağın kanalizasiyasına bağlı ola bilər. Bu drenajlar tutulubsa, cihazdan su axıdılmaz.
Boruların tıxanmış olub-olmadığını yoxlamaq üçün drenajdan bir az su axıtmağa çalışın. Drenaj tıxacını açmaq üçün siz, su pompalama vasitəsi və ya drenaj tıxanıqlığını açan məhsullardan istifadə edə bilərsiniz. Əgər tıxanma davam edərsə, ixtisaslı sanitar-texnik ilə əlaqə saxlayın.
Cihazın tarazlılığını yoxlayın
Qabyuyan maşınınızın düzgün fəaliyyət göstərməsi üçün ayaqları düzgün və taraz olmalıdır. Cihazı bir tərəfdən digər tərəfə və ya irəli və geri hərəkət etdirməyə çalışın. Əgər çox hərəkət edirsə, döşəməniz və ya cihazınızın ayaqları qeyri-bərabər ola bilər.
Cihazın tarazlılığını yoxlamaq üçün su tərəzisindən istifadə edin. Əgər quruducu maşınınız işlək vəziyyətdə deyilsə, onun ayaqlarındakı bərkidici qaykaları taparaq nizama salın. Döşəmə üzərində taraz durana qədər ayaqları saat əqrəbi istiqamətində və ya saat əqrəbinin əksi istiqamətində çevirin. Bütün bərkidici qaykaları əl ilə yenidən bərkidin.
Texniki problemləri nəzərdən keçirin
Əgər problem hələ də davam edirsə, qabyuyan maşınızda texniki problemlər ola bilər. Bunun problem olacağını düşünürsüzsə, səlahiyyətli xidmət şirkətinə müraciət edin.