Müqayisənizi silmək istədiyinizə əminsiniz?
Davam edin

6 Min oxuyun

Beko qabyuyan maşınınızı necə quraşdıra bilərsiniz?

Beko qabyuyan maşınınızı necə quraşdıra bilərsiniz?
Beko qabyuyan maşınınızı necə quraşdıra bilərsiniz?

 

 

Sizə nə lazım olacaq

 

Alətlər

Qayçı və ya Qutu Kəsicisi, Qayka açarı, Vintaçan, Su Tərəzisi

 

Qoşulmalar:

Torpaqlanmış elektrik şəbəkə qovşaqları, çoxaldıcı və ya uzatma kabelləri, su təchizatı və drenaj yoxdur

 

Əlavə qurğular:

İkiqat çıxış klapanı, drenaj borusu

 

Çətinlik səviyyəsi:

3/5

 

Təxm. vaxt:

Köhnə cihazınızı çıxarmaq üçün 30 ilə 45 dəqiqə

Yeni cihazınızı quraşdırmaq üçün 90 ilə 120 dəqiqə

 

 

 

Başlamazdan öncə

 

Cihazı quraşdırmaq çətin və hətta təhlükəli ola bilər, ona görə işə başlamazdan öncə xəbərdarlıqları və təlimatları oxuduğunuzdan əmin olun.

  • Köhnə cihazınızı kənarlaşdırmazdan əvvəl onu elektrik şəbəkəsindən və su təchizatından ayırdığınızdan əmin olun.
  • Çıxarma/quraşdırma proseduruna başladığınızda köhnə/yeni cihazınızın elektrik şəbəkəsindən ayrıldığından əmin olun.
  • Cihazı yalnız çəkisini saxlaya biləcək hamar və möhkəm səthə qoyun. Cihazın altındakı elektrik komponentlərinin hava axınını məhdudlaşdırıb onların həddən artıq qızmasına səbəb olacağı üçün heç vaxt xalça döşənmiş döşəməyə yerləşdirməyin.
  • Cihazınınızın çatdırılmasını qəbul edərkən, onun daşınma zamanı zədələnmədiyinə və bütün hissələrin və aksesuarların mövcudluğundan və düzgünlüyündən əmin olun.
  • Qoruyucu ilə qorunan torpaqlanmış elektrik çıxışına sahib olduğunuzdan əmin olun. İstifadəsi və çıxışı Beko istifadəçi təlimatlarındakı texniki şərtlər cədvəlinə uyğun olmalıdır. Cihazı uzadıcı kabelə qoşmayın. Elektrik kabelinin sıxılmadığından və ya harasa ilişmədiyindən əmin olun.
  • Heç vaxt ştepselə nəm əllərlə toxunmayın. Heç vaxt ştepseli kabeldən dartaraq çıxarmayın, həmişə ştepselin baş hissəsindən tutun və çəkin.

 

 

 

Köhnə cihazınızın kənarlaşdırılması

 

Su təchizatının və elektrik şəbəkəsindən elektrik təchizatının dayandırıldığından əmin olun. Əgər cihaz şkaf bölmələrinə bərkidilibsə, onu tutan bütün vintləri açın. Cihazı əvvəlki yerindən özünüzə doğru dartın.

 

Qabyuyan maşınların ağır ola biləcəyini unutmayın, buna görə də özünüz hərəkət etdirməyə çalışdığınız zaman diqqətli olun. Cihazı daha asan çıxarmaq üçün onu geriyə çevirə və ön ayağının altında köhnə xalçanın bir hissəsini yerləşdirə bilərsiniz. Sonra xalçanı və cihazı onunla birlikdə çıxara bilərsiniz.

 

İndi sizin soyuducunun arxa hissəsinə keçməyə girişiniz olmalı və elektrik, su və çirkab su əlaqələrini ayırmalısınız. Birləşdiriciləri boşaltmaq üçün bir qayka açarı və ya kəlbətin istifadə etməlisiniz. Sızıntının qarşısını almaq üçün su təchizatı kranının altına bir qab yerləşdirin və təchizat və kanalizasiya şlanqlarının uclarını qaba qoyun.

 

Köhnə ev cihazıarının tullantıya çevrilməsinə dair yerli qaydalara nəzər salın. Yerli birlik və ya bələdiyyə, yığım xidməti təklif edə bilər. Əgər cihazı özünüz çıxarmaq istəyirsinizsə, cihazı qaldırıb hərəkət etdirməyiniz üçün başqa bir şəxsə ehtiyacınız olduğunu unutmayın.

 

 

 

Yeni cihazınızın quraşdırılma üçün hazırlanması

 

Yeni cihazınız quraşdırılacağı otaqda olduqdan sonra onu açmaq üçün kifayət qədər yeriniz olduğundan əmin olun. Xarici qablaşdırmanı çıxarmaq üçün qayçı və ya qutu kəsicidən istifadə edin. Çox dərin kəsməməyə diqqət yetirin, çünki bu cihazı cıza bilər. Həmçinin, karton və Penoplastı çıxarın.

 

Cihazın altında qablaşdırma hissəələri ola bilər, buna görə cihazı qaldırıb onu götürərkən diqqətli olun. Sonra ən qısa müddətdə bütün yapışdırılmış vasitələri və ekran örtüklərini çıxarın. Daha uzun müddət qaldıqları zaman onları aradan qaldırmaq daha da çətin olacaq.

 

Qablaşdırmanı açdıqdan sonra bütün hissələrin və aksesuarların mövcudluğunu və düzgünlüyünü yoxlayın. Buraya istifadəçi təlimatı, çəngəl-bıçaq ləvazimatı səbəti, qabyuyan maşının duz üçün qıfı, pH test lenti və səs keçirməyən lent (bəzi modellər üçün) daxildir. Modeliniz əlavə aksessuarlarla da təchiz oluna bilər.

 

Cihazın arxa tərəfində bir su təchizatı şlanqı (biraz tünd rəngdə), bir kanalizasiya su şlanqı (biraz açıq rəngdə) və bir elektrik kabeli tapa bilərsiniz. Şlanqlar iki plastik qısqacla yerində saxlanılacaq.

 

İndi cihazı onun üçün ayrılmış yerə yaxın yerləşdirin və yanınızda sizə lazım olacaq alətlərin olduğuna əmin olun.

 

 

 

Yeni cihazınızın quraşdırılması

 

Köhnə cihazınızı yenisi ilə əvəz edirsinizsə, artıq yeni cihazınız üçün xüsusi ayrılmış yeriniz olacaq, həmçinin şkaf bölmələrində şlanqları və ya kabelləri keçirmək üçün hazırlanmış dəlikləriniz də olacaq. Bununla yanaşı, əgər cihazınızı ilk dəfə quraşdırırsınızsa, şlanq və ya elektrik kabellərini işə salmaq üçün şkaf bölmələrində dəlik açmağınız lazım ola bilər.

 

Bir qabyuyan maşın üçün xüsusi su təchizatı varsa, bu həyatı bir az asanlaşdırır. Bununla belə, əgər yoxdursa, ikiqat çıxış klapanı almanız lazımdır, beləliklə çanağın su təchizatından istifadə edə bilərsiniz. İkili çıxış, iki şlanqı bir su mənbəyinə birləşdirməyə imkan verir. Onların bir çoxu bazarda mövcuddur, buna görə də satın aldığınız məhsulun üzərində olan təlimatları izləyin.

 

Artıq su və drenaj qovşaqlarını quraşdıra bilərsiniz. İlk növbədə, su şlanqını yerində tutub saxlayan qısqacdan çıxarın. Kanalizasiya şlanqını buraxmayın. Çirkab suyun yenidən maşına axmasının qarşısını almaq üçün cihazla əlaqəli qalmalıdır.   

 

Su şlanqının ucunu su şəbəkəsinə qoşun (bu ya ayrı şəbəkə, ya da yuxarıda göstərilən ikiqat çıxış klapanı olacaq). Plastik boltu əllə çevirərək bağlantını sıxa bilərsiniz. Su təchizatı birləşdirildikdən sonra suyu şəbəkədən aça bilərsiniz.

 

Sonra, drenaj bağlantısını qurmağa ehtiyacınız olacaq. Drenaj şlanqını xüsusi bir çıxışa və ya çanağın kanalizasiya borusuna bağladığınızdan asılı olmayaraq, şlanqın hündürlüyü yerdən 50-dən 100 sm-ə qədər olmalıdır.

 

Yenə də divarınızda xüsusi bir qabyuyan maşın üçün drenaj çıxışı varsa, sadəcə drenaj şlanqının ucunu içəri itələyə bilərsiniz. Drenaj şlanqının ucu drenaj çıxışına təxminən 12 sm içəriyə doğru itələnməlidir. 

 

Xüsusi bir drenaj çıxışınız yoxdursa, drenaj şlanqını çanağın kanalizasiya borusuna bağlamalısınız. Çanağın çirkab su borusunu çanağın altından tapa bilərsiniz. U-əyrisinin üzərində çirkab su borusu üçün əlavə girişi görəcəksiniz. Əgər daha əvvəl qabyuyan maşın quraşdırılıbsa və bu drenaj metodundan istifadə edilibsə, yəqin ki, U-formalı əyilmə ilə bağlı uc hissəsi olacaq. 

 

Əgər siz cihazı ilk dəfə bu yerdə quraşdırırsınızsa, çox güman ki, uc hissəni özünüz quraşdırmalı olasınız. Bu olduqca sadədir. Sadəcə olaraq, əlavə girişin qoruyucu qapağının vintlərini açın və arxa quyruq borusunu vintləyin. Quyruq hissəsində və U-əyrisində olan bütün plastik tıxacları çıxardığınızdan əmin olun.

 

İndi drenaj şlanqını quyruq hissəyə birləşdirə bilərsiniz. Drenaj şlanqının rezin ucunu quyruq hissəsinin üzərinə keçirin sonra, metal sancaqdan istifadə edərək onu yerinə bərkidin.

 

Qeyd: Drenaj şlanqının uzunluğunun 4 metrdən artıq olması təmizlik işinə təsir edəcəkdir.

 

 

 

Elektrik qovşaqlarını quraşdırın

 

Su təchizatı və drenajı bağlantıları qurulduqdan sonra, elektrik əlaqələrini də qura bilərsiniz. Cihaz evin dövrə kəsici sisteminə bağlı olan elektrik şəbəkəsinə elektik açarı ilə birbaşa qoşulmalıdır.

 

Uzatma kabeli və ya çoxlu ştepseldən istifadə etməyin. Elektrik naqili zədələnibsə, onu özünüz təmir etməyə və ya əvəz etməyə çalışmayın. Bu ixtisaslı mühəndis tərəfindən icra olunmalıdır. Daha sonra elektrik enerjisini aça bilərsiniz.

 

Artıq bütün cihaz birləşmələri başa çatdığına görə onu öz yerinə yerləşdirə bilərsiniz. Cihazı yerinə itədlədiyiniz zaman şlanqların və elektrik naqillərinin tutulmaması və ya əyilməməsindən əmin olun. 

 

Sonra, su tərəzisindən istifadə edərək maşını tarazlaşdırmanız lazımdır. Əlinizlə ayaqları nizamlaya və ya açarla ayaqların üzərində boltları çevirə bilərsiniz. Cihazın tarazlığı çox önəmlidir, əks halda o işlək vəziyyətdə olanda silkələnə bilər.

 

 

 

İlk istifadədən əvvəl

 

Cihazınızı ilk dəfə istifadə etməyə başlamazdan əvvəl, hələ də quraşdırmalı olduğunuz bir neçə şeylər var. 

 

İlk növbədə, qabyuyan maşınınızı ərazinizdəki su sərtliyinə görə tənzimləməlisiniz. Suyun nə qədər sərt olduğunu müəyyən etmək üçün cihazınızda olan pH test lentindən istifadə edə bilərsiniz.

 

Kranı açıq qoyaraq suyu bir dəqiqə axıtdıqdan sonra bir stəkan götürərək onu su ilə doldurun. pH lentini suya batırın və bir dəqiqə qalsın. pH lentləri fərqli ola bilər, buna görə pH lentinizin oxunması üçün istifadəçi təlimatınıza baxın. Suyun sərtliyini müəyyən etdikdən sonra cihazınızı buna uyğun tənzimləməlisiniz.

 

Cihazınızı həm daxili, həm də idarəetmə panelini su sərtliyinə görə tənzimləməlisiniz. Yenə də bunu etmə üsulu modelinizə görə dəyişə bilər, buna görə istifadəçi təlimatınızdakı təlimatları izləyin. İstifadəçi təlimatınız bölgənizdəki su sərtliyinə görə hansı parametrdən istifadənin uyğun olduğunu izah edəcəkdir. Həm daxili, həm də idarəetmə paneli parametrlərinin eyni olmasının lazım olduğunu unutmayın.

 

Qeyd: Əgər su həddən artıq sərtdirsə, su filterindən istifadə etməyiniz lazım ola bilər. Xahiş edirik, daha ətraflı məlumat üçün istifadəçi təlimatınıza nəzər salın. Təlimatınızı tapmaqda çətinlik çəkirsinizsə, məhsulunuzun model nömrəsini istifadə edərək buradan yükləyin. 

 

Cihazınızı ilk dəfə işə salmazdan əvvəl, qabyuyan duzu və durulama vasitəsi əlavə etməlisiniz. Siz duz rezervuarını cihazın daxilindən tapa bilərsiniz. Rezervuarın qapağını çıxarın və təxminən bir litr su ilə doldurun. 

 

Sonra, su rezervuarı götürə biləcəyi qədər duz əlavə etmək üçün cihaza yerləşdirilmiş duz qıfından istifadə edin. Su rezervuarı dolduqdan sonra daşmağa başlayacaq.

 

Qabyuyan duzu cihazın içərisindəki metal səthlərə aşındırıcı təsir göstərə biləcəyi üçün təqdim olunan qıfdan istifadə etmək vacibdir. Tökülmüş duzu sildiyinizə əmin olun.

 

Qeyd: Əgər istifadə etdiyiniz su olduqca yumşaqdırsa, qabyuyan duzdan istifadə etməyinizə ehtiyac olmaya bilər. Xahiş edirik, daha ətraflı məlumat üçün istifadəçi təlimatınıza nəzər salın.

 

Sonra, yuyucu vasitə bölməsinin yanında tapa biləcəyiniz durulama rezervuarını doldurun. Qapağı açmaq üçün onu döndərin və su rezervuarı tam dolana qədər durulama vasitəsini əlavə edin. Qapağı yerləşdirin və yerinə oturana qədər çevirin.

 

 

 

Sınaq olaraq işlədilməsi zamanıdır

 

Cihazınız quraşdırılıb yerləşdirildikdən sonra onun fırlanması üçün vaxt gəlib çatdı! 

 

Qısa proqram seçərək cihazınızı boş olaraq yuyucu maddəsiz işlədin. Hər hansı bir sızmanın, həddən artıq silkələnmə və qəribı səslərin olub-olmamasını yoxlayın. Əgər bu təlimatı izləmisinizsə, hər şey yaxşı işləməlidir. Əgər hər hansı bir problem aşkar etsəniz, köməyə ixtisaslı mühəndis çağırmağınız yaxşı olardı. 

 

Beləliklə, bu qədər asan şəkildə yeni Beko qabyuyan maşınınızı quraşdırdınız! Qabyuyan maşınınızı necə düzgün şəkildə doldura bildiyinizdən əmin olun və nə qədər yuyucu vasitədən istifadə etməyiniz barədə istifadəçi təlimatınıza baxın. İstifadəçi kitabçanızı tapmaqda çətnlik çəkirsinizsə, məhsulunuzun model nömrəsindən istifadə edərək buradan endirə bilərsiniz. 

 

 

 

Yeni avadanlığınızın istifadəsindən zövq alın!

 

 

Kimsə ilə məsləhətləşmək daha yaxşıdır?

Beko