Qabyuyanınız üçün tanrıya şükür! Həyatı onsuz təsəvvür edə bilirsiniz? O qabları yumağın əziyyətini öz üzərinə götürür və istirahət etməyinizə vaxt verir. Unutmayın ki, siz hələ də mütəmadi olaraq cihazınızı təmizləyərək onun ən yaxşı şəkildə işləməsinə və pis qoxuların artmasının qarşısını almalısınız.
Bu lazımlı təlimatı nəzərdən keçirərək qabyuyanınızı təmiz saxlamaq üçün nələri etməyə ehtiyac olduğunu görə bilərsiniz.
01.
Alətlərinizi hazırlayın
Sizin süngərə, bir neçə quru bezə, diş fırçasına, axan su kranına, qabyuyan sabuna və aşındırmayan yuyucu vasitəyə ehtiyacınız var. Cihazınızı cızaraq, hətta aşındıraraq daha da korlaya bilən metal alüminium süngərlər və ya sərt, ağır təmizləyici vasitələri istifadə etməyi ağlınızdan belə keçirməyin.
02.
Cihazınızı təmizlik üçün hazırlayın
Tam təmizlik adlandırmağınız üçün qabyuyanınızın daxilini də xaricini də təmizləməlisiniz. Görüləcək ilk iş çıxarıla bilən hissələrin çıxarılmasıdır. Aşağı səbəti çıxarın və kənara qoyun.
Vinti saat əqrəbi istiqamətinin əksinə çevirərək yuxarı pəri çıxarın. Aşağı pər sadəcə dartılaraq çıxarılır.
Növbəti olaraq drenaj filterini və şlanqı qoruyan nazik metal dəlikli örtüyü çıxarın.
03.
Bütün hissələri təmizləyin
Pərləri, filteri və metal dəlikli örtüyü su kranının altında yuyun. İstəyinizə uyğun olaraq bir damcı qab sabunu da əlavə edə bilərsiniz.
Qabyuyanınızda ən vacib təmizlənməli hissə drenaj filteridir. Bu, çirkli qablardakı qida hissəciklərinin toplandığı yerdir. Əgər onu mütəmadi olaraq təmizləməsəniz, çirkin toplanması ilə qabyuyanınızdan pis qoxular gələcək və hər zaman kimi effektiv təmizlənməyəcək.
Siyahıda növbəti, pərlər və püskürtmə qollarıdır. Pərlərdəki püskürtmə uclarının tıxanmaması çox önəmlidir. Püskürtmə qollarının uclarından su gəldiyinə diqqət edərək onların tıxanmadığından əmin olun.
Dəyişməzdən əvvəl parçaları quru mətbəx dəsmalı ilə qurulayın və ya hava ilə qurumasına şərait yaradın.
Nə qədər müntəzəm istifadə etməyinizdən asılı olaraq siz bu rutini mütəmadi olaraq ən azı iki-üç aydan bir edərək qabyuyanınızın qoxusuz şəkildə düzgün fəaliyyət göstərməsini təmin etməlisiniz. Digər hissələri keçsəniz belə, gigiyenik və təzə qabyuyan üçün filter təmizliyi mütləqdir.
Beko EverClean™ Filterləri 4 dəfəyədək daha az təmizləmə tələb edir. Püskürtmə sistemi suyu içəridən təmizləyərək filtrin üzərinə püskürdür.
04.
İç səthi bez ilə təmizləyin
Yumşaq və nəm bezdən istifadə edərək qabyuyanınızın daxili səthini silin. Hissələri yenidən birləşdirməzdən əvvəl tamamilə quruladığınızdan əmin olun. Qabyuyanınızın içində qalan rütubət pis qoxuların gəlməsinə səbəb ola bilər. Bilirsiniz pis qoxular haradan gəlir: bakteriya!
05.
Xarici səthi təmizləyin (sərbəst dayanan qabyuyanlar üçün)
Əgər qabyuyanınız sərbəst dayananlardandırsa, xarici səthi də nəmli bez ilə təmizləməlisiniz. Qabyuyanınızın xarici səthini təmizləmək çox sadədir.
Əksər digər cihazlar kimi, nəm bezdən və ya süngərin yumşaq tərəfindən, isti su və aşındırmayan təmizlik məhsullarından istifadə edə bilərsiniz. Səthləri tamamilə qurulayaraq su ləkələrinin yaranmasının qarşısını alın.
06.
Özünü-təmizləmə proqramını mütəmadi olaraq işə salın
Mütəmadi təmizliyin çata bilmədiyi aralara və künclərə çatmaq üçün bir çox qabyuyanının özünü-təmizləmə xüsusiyyəti mövcuddur. Həm də bu zaman isitmənin verdiyi üstünlükdən istifadə edərək cihazın içində, filter və drenaj sistemindəki bakteriyaları öldürür.
Unutmayın ki, bu proqramla adi yuyucu vasitə istifadə etmək olmaz. Ya yuyucu vasitəsiz, ya da satışda olan özünü-təmizləmə üçün vasitələrdən istifadə edin.
Qabyuyanınızı mütəmadi olaraq təmizləmək adi ev işindən daha üstündür. İlk olaraq əgər, qabyuyanınız çirklidirsə, o normal təmizlik performansı göstərə bilməz. Həm də, cihazınınızı uzun müddətli işləməsi üçün təmizlik ilk qaydadır.