Rəyləriniz üçün təşəkkür edirik
Bu məhsulu yalnız istəklər siyahınıza əlavə etdiniz.
Bu məhsulu yalnız istəklər siyahınızdan çıxardınız.
İstək siyahısına daha çox əlavə edə bilməzsiniz
İstək siyahısına daha çox əlavə edə bilməzsiniz
Müqayisənizi silmək istədiyinizə əminsiniz?
Davam edin
Yalnız eyni kateqoriyadan olan məhsulları müqayisə edə bilərsiniz.
Müqayisə etmək üçün sadəcə bir element çıxartdınız! Davam edin!
Müqayisə etmək üçün sadəcə bir element çıxartdınız! Davam edin!
Müqayisə siyahınız doldu!
Siz yalnız 1 məhsul əlavə etdiniz. Xahiş edirik ki, müqayisə etmək üçün daha çox məhsul əlavə edin

2 Min oxuyun

Soyutmayan kondisioneri necə təmir etmək olar?

Soyutmayan kondisioneri necə təmir etmək olar?
Soyutmayan kondisioneri necə təmir etmək olar?

 

 

Kondisionerinizin ümumiyyətlə soyutmamasının və ya əvvəlki qədər soyutmamasının bir neçə səbəbi ola bilər. Aşağıdakılardan birinin bu problemi həll edib-etməyəcəyinə nəzər salın.

 

 

 

Cihazın düzgün quraşdırıldığından əmin olun

 

Kondisionerinizin ixtisaslı xidmət şirkəti tərəfindən quraşdırılması məsləhətdir. Əgər quraşdılırma və ya hissələri arasında əlaqə düzgün qurulmayıbsa, kondisioneriniz normal işləməyə bilər.

 

 

 

Cihazın düzgün yerdə quraşdırıldığına əmin olun

 

Kondisionerinizin yanında istilik cihazı olarsa, bu onun fəaliyyətinə təsir göstərə bilər. Kondisionerinizi soba və plitə kimi istilik verən cihazların yanında quraşdırmaqdan çəkinin. 

 

 

 

Kondisionerinizin soyutma gücünün otağın ölçülərinə uyğun olmasına əmin olun 

 

Kondisioneriniz gücü çatandan daha böyük bir otaqda quraşdırılmış ola bilər. Kondisionerlərin fərqli BTU dəyərləri ola bilər, hansı ki əsasən cihazın soyutma gücünü müəyyən edir. Sizin cihaz modelinin xüsusiyyətlərini nəzərdən keçirin və onu quraşdırıldığı otaqla müqayisə edin. Cihazınızı başqasi ilə əvəz etməyə və ya yerini dəyişdirməyə ehtiyac yarana bilər.

 

 

 

Tempratur parametrlərini yoxlayın

 

Kondisonerinizin soyuq hava vurması üçün otağın hazırki tempraturundan daha aşağı tempratur dərəcəsi quraşdırılmalıdır. Quraşdırılmış tempraturu yoxlayın və daha soyuq hava istəyirsizsə onu aşağı salın.

 

 

 

Filterlərin çirkli və ya tıxanıq olmasına baxın.

 

Hava fiterləri hər 3 aydan bir və ya cihazın fəaliyyətində zəifləmə olduğu halda yoxlanmalı və təmizlənməlidir. Hava filterləri çirkli və tıxanıqdırlarsa, kondisionerinizdən çıxan soyuq hava otaqda düzgün sirkulyasiya etməyəcək. Filterləri təmizləmək üçün hər bir modeldə fərqli təlimat olduğundan istifadəçi təlimatınıza nəzər yetirin. Təlimatınızı tapmaqda çətinlik çəkirsizsə, məhsulunuzun model nömrəsini qeyd edərək onu buradan yükləyə bilərsiniz. Buxrlandırıcı və kondensator halqalarınızı təmizləmək üçün də ixtisaslaşmış xidmət nümayəndəsi ilə danışa bilərsiniz.

 

 

 

Buxarlandırıcı və ya kondensator halqalarının çirkli və ya tıxanıq olmasına baxın 

 

Buxarlandırıcı və ya kondensator halqalarında yığılıb qalan çirk kondisionerinizin fəaliyyətinin aşağı düşməsinə səbəb ola bilər. Filterləri təmizləmək üçün hər bir modeldə fərqli təlimat olduğundan istifadəçi təlimatınıza nəzər yetirin. Təlimatınızı tapmaqda çətinlik çəkirsizsə, məhsulunuzun model nömrəsini qeyd edərək onu buradan yükləyə bilərsiniz. Buxrlandırıcı və kondensator halqalarınızı təmizləmək üçün də ixtisaslaşmış xidmət nümayəndəsi ilə danışa bilərsiniz.

 

 

 

Hava giriş və çıxış boşluqlarında maneə olub-olmadığını yoxlayın

 

Kondisioneriniz giriş havalandırma kanallarından havanı alır və çıxış dəlikləri vasitəsilə buraxır. Havalandırma kanalları içində hər hansı bir maneə ( pərdə, ev əşvaları və s. kimi) və ya yığılmış çirk hava axınının qarşısını ala bilər. Kanalları yoxlayın və ehtiyac olduğu halda təmizləyin. Kondisionerinizin xarici bloku olsa da, onun kanallarını yoxlamalısız.

 

 

 

Havanın otaqdan çıxmamasına nəzarət edin.

 

Kondisionerinizin düzgün işləməsi üçün otağınızdakı hava axınının məhdudlaşdırılması lazımdır. Yaxınlıqdakı pəncərələri, qapıları və havalandırma yerlərini yoxlayın. Soyuq havanın otaqdan çıxmaması üçün onları bağlayın.

 

 

 

Otağın tempraturunun çox yüksək olmasına diqqət yetirin

 

Otağın soyuması xüsusilə də isti və rütubətli havalarda müəyyən vaxt ala bilər. Belə günlərdə kondisionerinizə otaqdakı havanı soyutmağa bir müddət icazə verin. Beko kondisionerlərində havanı daha tez soyutmağa imkan verən Jet Mode adlı bir funksiya var.

 

 

Ventilyator Rejiminin aktiv olub-olmadığına nəzər yetirin

 

Ventilyator Rejimi seçilərsə, hava cihazınızdan soyudulmadan və ya qızdırılmadan çıxacaq. Əməliyyat rejimini soyutma rejiminə keçirin.

 

 

 

Kondisionerinizin soyuducu maddəsinin (freon) azalması və ya tükənməsinə nəzər yetirin.

 

Kompressorda freon çatışmazlğı yarana bilər. Bu halda, kompressorunuzun yoxlanılması və ehtiyac olduğu halda yenidən doldurulması üçün İxtisaslı Servis Nümayəndəsi ilə əlaqə saxlayın.

 

 

 

Texniki problemləri nəzərdən keçirin.

 

Əgər problem hələ də varsa, kondisionerinizin texniki nasazlığı ola bilər. Bundan şübhələnirsinizsə, Səlahiyyətli Xidmət Şirkətinə ilə müraciət edin. 

 

 

Kimsə ilə məsləhətləşmək daha yaxşıdır?

Beko