Rəyləriniz üçün təşəkkür edirik
Bu məhsulu yalnız istəklər siyahınıza əlavə etdiniz.
Bu məhsulu yalnız istəklər siyahınızdan çıxardınız.
İstək siyahısına daha çox əlavə edə bilməzsiniz
İstək siyahısına daha çox əlavə edə bilməzsiniz
Müqayisənizi silmək istədiyinizə əminsiniz?
Davam edin
Yalnız eyni kateqoriyadan olan məhsulları müqayisə edə bilərsiniz.
Müqayisə etmək üçün sadəcə bir element çıxartdınız! Davam edin!
Müqayisə etmək üçün sadəcə bir element çıxartdınız! Davam edin!
Müqayisə siyahınız doldu!
Siz yalnız 1 məhsul əlavə etdiniz. Xahiş edirik ki, müqayisə etmək üçün daha çox məhsul əlavə edin

5 Min oxuyun

Yeni Beko paltaryuyan maşınınızı necə quraşdırmalı?

Yeni Beko paltaryuyan maşınınızı necə quraşdırmalı?
Yeni Beko paltaryuyan maşınınızı necə quraşdırmalı?

 

 

Sizə nə lazım olacaq

 

Alətlər: 

Qayçı və ya Dəftərxanan Bıçağı, Açar və ya Kəlbətin, Vintaçan, Burğu cihazı (şkaflarda və ya mətbəx bölmələrində dəlik açmaq üçün), Su Tərəzisi

 

Bağlantılar:

Torpaqlı şəbəkə bağlantısı (multi-girişli elektrik yuvası və uzatma naqili olmadan), su təchizatı, drenaj çıxışı

 

Hissələr və aksesuarlar:

Maye yuyucu maddə deposu, toz yuyucu maddə ölçmə fincanı, su şəbəkəsi giriş şlanqı, drenaj şlanqı çənbəri, daşınma zamanı mövcud olan boltların dəliklərini bağlamaq üçün plastik qapaqlar

 

Çətinlik səviyyəsi:

3/5

 

Təxmini. vaxt:

Köhnə cihazınızı çıxarmaq üçün 30 dəqiqə

Yeni cihazınızı quraşdırmaq üçün 60 dəqiqədən 90 dəqiqəyədək

 

 

 

Başlamazdan öncə

 

Cihazı quraşdırmaq çətin və hətta təhlükəli ola bilər, ona görə işə başlamazdan öncə xəbərdarlıqları və təlimatları oxuduğunuzdan əmin olun.

 

  • Köhnə cihazınızı kənarlaşdırmazdan əvvəl onu elektrik şəbəkəsindən və su təchizatından ayırdığınızdan əmin olun.
  • Köhnə/yeni cihazınızı kənarlaşdırmazdan/quraşdırmazdan öncə onu elektrik şəbəkəsindən ayırdığınıza əmin olun.
  • Cihazı yalnız çəkisini saxlaya biləcək hamar və möhkəm səthə qoyun. Cihazın altındakı elektrik komponentlərinin hava axınını məhdudlaşdırıb onların həddən artıq qızmasına səbəb olacağı üçün heç vaxt xalça döşənmiş döşəməyə yerləşdirməyin.
  • Cihazınınızın çatdırılmasını qəbul edərkən, onun daşınma zamanı zədələnmədiyinə və bütün hissələrin və aksesuarların mövcudluğundan və düzgünlüyündən əmin olun.
  • Sığorta ilə təmin olunan və istifadə kitabçasında göstərilən texniki şərtlər cədvəlinə uyğun torpaqla təchiz olunmuş elektrik yuvasına sahib olduğunuzdan əmin olun. Cihazınızı elektrik uzatma naqilinə birləşdirməyin və elektrik naqilinin sıxılmadığından və sıxışmadığından əmin olun.
  • Əgər elektrik yuvasına uyğun olaraq elektrik ştepselini dəyişməyə ehtiyac varsa, 13A qoruyuculu ştepseldəndan istifadə etdiyinizə əmin olun.
  • Heç vaxt ştepselə nəm əllərlə toxunmayın. Heç vaxt naqili çəkərək ştepseli çıxarmayın – həmişə ştepselin baş hissəsindən tutaraq dartın.

 

 

 

Köhnə cihazınızın kənarlaşdırılması

 

Əmin olun ki, su təchizatı bağlıdır və elektrik şəbəkəsinə qoşulmayıb. Əgər cihaz şkaf bölmələrinə bərkidilibsə, onu tutan bütün vintləri açın. Cihazı əvvəlki yerindən özünüzə doğru dartın. 

 

Yadda saxlayın ki, soyuducular ağır ola bilər, ona görə cihazınızı hərəkət etdirərkən ehtiyatlı olun. Cihazınızı asanlıqla dartmaq üçün, onu arxaya tərəf əyərək köhnə xalça parçasını onun ön ayaqlarının altına sərə bilərsiz. Sonra, xalçayla birlikdə cihazınızı darta bilərsiniz.

 

İndi sizin soyuducunun arxa hissəsinə keçməyə girişiniz olmalı və elektrik, su və çirkab su əlaqələrini ayırmalısınız. Su təchizatını və çirkab su bağlantılarını ayırmaq üçün sizin açara və kəlbətinə ehtiyacınız ola bilər. 

 

Sızmanın qarşısını almaq üçün su təchizatı kranının altına bir qab qoyun və su təchizatı və çirkab su şlanqının sonluqlarını da bu qaba qoyun. Sonra cihazınızı tamamilə yerindən çıxara bilərsiniz. 

 

Köhnə ev cihazıarının tullantıya çevrilməsinə dair yerli qaydalara nəzər salın. Yerli birlik və ya bələdiyyə, yığım xidməti təklif edə bilər. Özünüz kənarlaşdıracaqsınızsa, yadda saxlayın ki, köhnə cihazınızı qaldırmaq və hərəkət etdirmək üçün başqa bir nəfərə də ehtiyacınız olacaq.

 

 

 

Yeni cihazınızın quraşdırılma üçün hazırlanması

 

Yeni cihazınız quraşdıracağınız otaqdadırsa onun qablaşdırmasını açmağınız üçün kifayət qədər yerə sahib olduğunuzdan əmin olun. Yer problemdirsə, qablaşdırmanı başqa bir otaqda açmağı da nəzərə alın.  

 

Qayçıdan və ya dəftərxana bıçağından istifadə edərək çöl qablaşdırmanı çıxarın, amma daha dərindən kəsməməyə ehtiyat edin, beləki bu cihazınızı cıza bilər. 

 

Bütün karton və penoplastları çıxarın. 

 

Daşınma zamanı barabanını qorumaq üçün paltaryuyan maşının bir neçə əlavə parçayla təchiz olunmuşdur. Cihazı istifadə etmədən onları çıxarmağınız çox önəmlidir.

 

Birincisi hissə paltaryuyan maşının altındakı penoplast blokdur. Cihazınızı arxa ayaqları üzərinə əyin, yapışqan lentini çıxarın və penoplast bloku dartıb çıxarın. 

 

Bunlara bənzər başqa parçalar arxada yerləşən və paltaryuyan maşının barabanını daşınma zamanı yerində saxlayan boltlardır. Açardan istifadə edərək onları yumşaldın sonra sərbəst hala gətirin. 

 

Sonrakı tarixdə cihazınızın daşınmasına ehtiyac yaranarsa bunları saxlayın və yenidən taxın. Bolt dəliklərini aşağıda qeyd olunan aksesuarlarla birlikdə gələn plastik qapaqla bağlayın. 

 

Sonda, çox qaldıqca çıxarılması daha da çətinləşdiyi üçün bütün etiketləri və ekran qoruyucularının çıxarın.

 

Qablaşdırmanı açdıqdan sonra bütün hissələrin və aksesuarların mövcudluğunu və düzgünlüyünü yoxlayın İstifadəçi kitabçası da daxil olmaqla maye yuyucu maddə deposu, toz yuyucu maddə ölçmə fincanı, su təchizatı giriş şlanqı, drenaj şlanqı çənbəri və daşınma zamanı mövcud olan boltların dəlikləri üçün olan plastik qapaqlar paltaryuyan maşının barabanında olacaq. 

 

 

 

Yeni cihazınızın quraşdırılması

 

Köhnə cihazınızı əvəz edirsinizsə, sizin artıq yeni paltaryuyan üçün ayrılmış yeriniz və eyni zamanda şkaf bölmələrinizdə şlanqlar və naqilləri keçirmək üçün dəlikləriniz mövcuddur.

 

Lakin, yeni cihazınızı ilk dəfə quraşdırırsınızsa, şlanqları və naqilləri keçirmək üçün şkaf bölmələrində dəliklər açmağınıza ehtiyac olacaq.

 

Ilkin olaraq, cihazınızın arxasında su təchizatı şlanqını paltaryuyan maşına birləşdirməyinizə ehtiyac olacaq. Şlanqın 90-dərəcəlik sonluğunu maşına birləşdirərək əllə sıxın-artıq sıxılmaya məruz qala biləcəyi üçün alətdən istifadə etməyin. 

 

Sonra, çirkab su şlanqını və elektrik naqilini sancaqlarından ayırın.

 

Ştepsel cihazın arxasındakı boşluğa keçirilmişdir. Ştepsel cihazın arxasındakı boşluğa keçirilmişdir.

 

Sonluğu su təchizatı ilə biləşdirin. Plastik boltu əllə çevirərək bağlantını sıxa bilərsiniz . Su təchizatı bağlantısı qurulduqdan sonra, xüsusi su təchizatı kranını və ya evinizin su təchizatını yenidən bərpa edərək aça bilərsiniz.

 

Sonra, drenaj bağlantısını qurmağa ehtiyacınız olacaq. Yenə, divarınızda xüsusi çirkab su drenajı çıxışı mövcuddursa, sadəcə olaraq drenaj şlanqınının solnuğunu ona taxa bilərsiniz. 

 

Xüsusi çirkab su drenajı çıxışı olmadığı təqdirdə, drenaj şlanqını çanağın çirkab su borusuna birləşdirməyə ehtiyac yaranacaqdır. 

 

Çanağın çirkab su borusunu çanağın altından tapa bilərsiniz. U-əyrisinin üzərində çirkab su borusu üçün əlavə girişi görəcəksiniz. Əvvəlki paltaryuyan maşını bu drenaj metodundan istifadə edərək quraşdırılıbsa orada böyük ehtimalla u-əyrisinə birləşdirilmiş quyruq hissə mövcuddur. 

 

Bu yerdə cihazı ilk dəfə quraşdırırsınızsa, quyruq hissəni özünüz quraşdırmalı olacaqsınız (bunları istənilən tikinti mağazasından əldə etmək olar) Bu olduqca sadədir. Sadəcə olaraq, əlavə girişin qoruyucu qapağının vintlərini açın və arxa quyruq borusunu vintləyin. Quyruq hissəsində və U-əyrisində olan bütün plastik tıxacları çıxardığınızdan əmin olun.

 

İndi drenaj şlanqını quyruq hissəyə birləşdirə bilərsiniz. Drenaj şlanqının rezin ucunu quyruq hissəsinin üzərinə keçirin sonra, metal sancaqdan istifadə edərək onu yerinə bərkidin.

 

Qeyd:Drenaj şlanqını xüsusi çıxışa və ya çanağın çirkab su borusuna birləşdirməyinizdən asılı olmayaraq, şlanqın yerdən uzunluğu 40-100 sm arasında olmalıdır. Drenaj şlanqının sonluğu drenaj çıxışına təxminən 12 sm keçməlidir. Buna nail olmaq üçün, drenaj şlanqı çənbərini divara birləşdirib drenaj şlanqını da sancaqla ona birləşdirə bilərsiniz.

 

Su təchizatı və drenajı bağlantıları qurulduqdan sonra, elektrik əlaqələrini də qura bilərsiniz. Cihaz evin dövrə kəsici sisteminə bağlı olan elektrik şəbəkəsinə elektik açarı ilə birbaşa qoşulmalıdır. Uzadıcı naqil və ya multi-girişdən istifadə etməyin.

 

Elektrik naqili zədələnibsə, onu özünüz təmir etməyə və ya əvəz etməyə çalışmayın. Bu ixtisaslı mühəndis tərəfindən icra olunmalıdır. Elektik enerjisinə qoşulduqdan sonra, elektrik təchizatı şəbəkəsini aça bilərsiniz.

 

İndi, bütün bağlantılar qurulduqdan sonra, cihazı yerinə itələyə bilərsiniz. Cihazı yerinə itədlədiyiniz zaman şlanqların və elektrik naqillərinin tutulmaması və ya əyilməməsindən əmin olun. 

 

Sonra, su tərəzisindən istifadə edərək paltaryuyan maşını tarazlaşdırın. Əlinizlə ayaqları nizamlaya və ya açarla ayaqların üzərində boltları çevirə bilərsiniz. Cihazın tarazlığı çox önəmlidir, əks halda o işlək vəziyyətdə olanda silkələnə bilər.

 

Və qoşun!

 

 

 

Sınaq olaraq işlədilməsi zamanıdır

 

Cihazının tamamilə qurulub quraşdırıldıqdan sonra, onun fırlanma zamanıdır. Qısa proqram seçərək cihazınızı boş olaraq yuyucu maddəsiz işlədin. Hər hansı bir sızmanın, həddən artıq silkələnmə və qəribı səslərin olub-olmamasını yoxlayın. Əgər bu təlimatı izləmisinizsə, hər şey yaxşı işləməlidir. Əgər hər hansı bir problem aşkar etsəniz, köməyə ixtisaslı mühəndis çağırmağınız yaxşı olardı. 

 

Beləliklə, o sizindir. Indicə yeni Beko paltaryuyanı quraşdırdınız! Paltaryuyan maşınınızı düzgün qaydada yükləməyinizdən əmin olun və istifadəçi kitabçanıza nəzər salaraq nə qədər yuyucu maddə istifadə etməli olduğunuza baxın. İstifadəçi kitabçanızı tapmaqda çətnlik çəkirsinizsə, məhsulunuzun model nömrəsindən istifadə edərək buradan endirə bilərsiniz. 

 

Yeni cihazınızdan zövq aldığınızı ümid edirik.

 

 

Əksinə, kiminləsə danışmaq istədinizmi?

Beko