Need more support?
Find FAQ's, video guides, articles and more.
Bir az ilhamlanmaq lazımdır?
Amerikan Stilli Soyuducular Bir Paltaryuyan Maşın Necə Qurulur Eat Like A Pro ReseptləriHeç bir nəticə tapılmadı!
Everything you need to know about
I need help with
Sobada olan lampa yüksək temperaturlara davam gətirə bilən xüsusi ampuldan hazırlanıb. Lampanı dəyişdirməmişdən əvvəl, sobanın işlək vəziyyətdə olmadığına və soyuq olmasına diqqət edin. Elektrik lampasını yerləşdirmək üçün istifadəçi təlimatınıza baxın. Təlimatınızı tapmaqda çətinlik çəkirsinizsə, məhsulunuzun model nömrəsini istifadə edərək buradan yükləyin.
Lampanın qapağını çıxarın və ampulu saat əqrəbi istiqamətinin əksinə çevirərək çıxarın. Lampanı istifadəçi təlimatında göstərilən lampa növü ilə əvəz edin. Lampanı saat əqrəbi istiqamətində çevirərək öz yerinə möhkəm bağlayın. Qapağı yerləşdirin və onu saat əqrəbi istiqamətində çevirin.
Bəli, bu normaldır.
Qaz yanarkən ilkin yanma məhsulları karbon dioksid və buxar şəklində olan sudur. Bu, soba isindikcə dumanlanmaya səbəb olur. Soba təyin olunan tempratura çatdıqdan sonra, nəm yox olacaq və duman çəkiləcək. Hinduşka və balıq kimi yüksək nəm səviyyəsi olan qidalar əvvəlkindən daha çox kondensanta səbəb ola bilər.
Qaz sobaları yanma başlıqlarını işə salmaq üçün alışqanlardan istifadə edirlər. Bu alışqanlar, yanma başlıqları işə salındıqdan sonra dayanacaq tıqqıltı və ya klik səsi çıxarır. Alışqan nəmlidirsə, səs daha uzun müddət davam edə bilər.
Klik səsi keçməzsə, alışqan ilişmiş ola bilər. Bunun problem olacağını düşünürsüzsə, səlahiyyətli xidmət şirkətinə müraciət edin.
Sobanız işləyərkən və ya onu söndürdükdən dərhal sonra uğultu səsi verməsi normaldır. Bu sobanın və onun elektrik idarəetməsinin soyumasına kömək edən avtomatik soyutma havalandırıcısının səsidir. Sobanı söndürdükdən sonra havalandırıcı bir müddət işləyəcək. Soba soyuduqda avtomatik olaraq bu səs dayanacaqdır.
Bu səsləri çıxararkən cihazınız normal işləmirsə, səlahiyyətli xidmət şirkətinə müracət edin.
Sobada olan lampa yüksək temperaturlara davam gətirə bilən xüsusi ampuldan hazırlanıb. Sobanız işlək elektrik yuvasına qoşulubsa, ancaq işığı yanmırsa, lampada nasazlıq və ya partlamış ola bilər. Lampanın ampulu qaranlıq olarsa, yəqin ki, yanıb və dəyişdirilməlidir.
Sobada lampanı dəyişdirməzdən əvvəl, sobanın söndürülmüş və soyudulduğundan əmin olun. Lampanı yerləşdirmək üçün istifadəçi təlimatınıza baxın. Təlimatınızı tapmaqda çətinlik çəkirsinizsə, məhsulunuzun model nömrəsini istifadə edərək buradan yükləyin.
Lampanın qapağını çıxarın və ampulu saat əqrəbi istiqamətinin əksinə çevirərək çıxarın. Lampa ampulunu təlimatda göstərilən xüsusi növlə əvəz edin. Lampanı saat əqrəbi istiqamətində çevirərək öz yerinə möhkəm bağlayın. Qapağı yerləşdirin və onu saat əqrəbi istiqamətində çevirin.
Bu, sobanızın müəyyən bir müddət sonra avtomatik söndürülməsi üçün müəyyən edilmişdir deməkdir. Sobanızı əl ilə idarə etmək istəyinirsinizsə, taymer funksiyasını ləğv etməlisiniz.
Bunu necə edəcəyinizi öyrənmək üçün istifadəçi təlimatına baxın. Təlimatınızı tapmaqda çətinlik çəkirsinizsə, məhsulunuzun model nömrəsini istifadə edərək buradan yükləyin.
Bu sobanınızın vaxt tənzimləməsinin sıfırlandığını bildirir. Bu eletrik kəsildikdə baş verir. Sobanın vaxtını qurduqda işarə yox olacaq.
Bunu necə edəcəyinizi öyrənmək üçün istifadəçi təlimatına baxın. Təlimatınızı tapmaqda çətinlik çəkirsinizsə, məhsulunuzun model nömrəsini istifadə edərək buradan yükləyin.
Whether you need product advice, went to purchase accessories or simply want to give feedback - we're here for you.
(888) 352-2356 Monday through Friday 8 a.m. - 5:30 p.m. CSTFind FAQ's, video guides, articles and more.