Soyuducu və ya dondurucu kamerada qidanın qurumasının bir neçə səbəbi var. Aşağıdakılardan birinin bu problemi həll edib-etməyəcəyinə nəzər salın.
Qidanı düzgün saxlayın
Maye və ya tərkibində maye olan qida içəridə rütubətin əmələ gəlməsinə səbəb ola bilər. Həmçinin, kahı və meyvə kimi qidalar soyuqlaşdıqca cihazın içərisinə rütubət buraxır. Rütubət qidanın xarab olmasının bir nömrəli səbəbidir. Bunun qarşısını almaq üçün bu məhsulları kağız dəsmallara bükün və qidaları daima plyonkalanmış, soyuducu və nəmə davamlı qablarda və ya bağlamalarda saxlayın.
Saxlanma qabındakı havalandırma barmaqlığını quraşdırın
Soyuducunun qabları məhsulunuzu rütubətdən qoruyaraq daha təzə qalması üçün yerləşdirilib. Bir çox saxlanma qablarının müxtəlif növ məhsulları daha yaxşı saxlamaq üçün tənzimlənən havalandırma barmaqlıqları var.
Nazik qabıqlı və ya yarpaqlı tərəvəzlər rütubət daha çox olan mühitdə saxlanmalıdır, barmaqlıqları bağlamaqla buna nail olmaq olar.
Bir çox meyvələr daha quru mühitdə uzun müddət qalır, buna görə də onlar rütubəti daha az olan qablarda havalandırma barmaqlıqları açıq vəziyyətdə saxlanmalıdır.
Saxladığınız məhsuldan asılı olaraq rütubət dövriyyəsinin ideal səviyyəsini təmin etmək üçün havalandırma barmaqlıqlarını tənzimləyin.
Tempratur parametrlərini yoxlayın
Tempraturun çox aşağı olmadığından əmin olun. İdeal soyuducu tempraturu soyuducu hissəsi üçün 4 °C vəya 5°C və dondurucu kamerası üçün -18 °C-dir.
Daxili tempraturun tempratur parametrlərinə uyğun olduğundan əmin olun
Soyuducunuzun daxilindəki tempraturu öyrənməyin ən yaxşı yolu dəqiq termometrdir.
Termometri bir fincan suyun içinə qoyun və soyuducuya yerləşdirin. Dondurucunun tempraturunu ölçmək üçün də termometri eyni cür spirt və ya bitki yağına yerləşdirə bilərsiniz. ( çünki su dona bilər).
Termometri soyuducu və ya dondurucuda bir müddət saxlayın. Daha sonra, termometrdəki tempratura nəzər yetirin və cihazın quraşdırıldığı dərəcəyə uyğun olduğuna əmin olun. Əgər soyuducunuz lazım olduğundan daha soyuq və ya daha istidirsə, onun texniki nasazlığı ola bilər. Bu halda səlahiyyətli xidmət şirkətinə ilə əlaqə saxlayın.