Need more support?
Find FAQ's, video guides, articles and more.
Bir az ilhamlanmaq lazımdır?
Amerikan Stilli Soyuducular Bir Paltaryuyan Maşın Necə Qurulur Eat Like A Pro ReseptləriHeç bir nəticə tapılmadı!
Everything you need to know about
I need help with
Soyuducunuzun dondurucu kamerasını ayda təxminən bir dəfə və ya buzun qalınlığı 0,5 santimetrə çatanda buzdan təmizləməyiniz məsləhətdir.
No-frost soyuducuların əl ilə buzlardan təmizlənməsinə ehtiyac yoxdur.
Soyuducunuz işləyərkən axan suyun səsinə bənzər səslər eşitmək normaldır. Bu səslər soyuducu sistemin içərisində maye və qaz axdıqda çıxır. Bu nasazlıq demək deyil.
Səs, həm də soyuducunuzda buz hazırlayıcı varsa, yaxud soyuducu dondurucu model deyilsə, avtomatik defrost funksiyasından da gələ bilər. Səsin haradan gəldiyini müəyyən etməyə çalışın. Əgər o, dondurucu tərəfdən, yaxud su təminatı və buzlayıcının arasından gəlirsə, səsin gəlməsi normaldır və bir azdan avtomatik olaraq dayanacaq.
Bu səsləri çıxararkən cihazınız normal işləmirsə, səlahiyyətli xidmət şirkətinə müracət edin.

Eşitdiyiniz səs qapının açıq qaldığı zaman olan siqnal səsidir. Soyuducunun qapısı və ya qapıları açıq qalarsa, qapının açıq qalmasını xəbər verən siqnal səsi bir neçə dəqiqə ərzində işə düşəcəkdir. Qapı tam bağlanan kimi siqnalizasiya avtomatik sönəcəkdir.
Soyuducu işləyərkən klikləmə səsinin eşidilməsi normaldır. Bu səs, soyuducunuzda donma əleyhinə funksiya varsa, defrost taymerindən və ya soyuducunuzda buz hazırlayıcı quraşdırılıbsa, buz hazırlama funksiyasından gələ bilər.
Klikləmə səsi eşidildiyi zaman daxili temperaturda da həmçinin bir artım görsəniz, cihazınızın kompressoru həddən artıq isinə bilər və klikləmə səsi onun söndüyü səs ola bilər. Problem kondensator halqaları ilə əlaqəli ola bilər.
Kondensator cihazınızın yaratdığı istinin yayılmasına cavabdehdir. Onun naqilləri çirk və ya toz ilə örtülübsə, yaxşı işləməyə bilər. Cihazı elektrik şəbəkəsindən çıxarın və cihazın arxasındakı halqaları tapın. Halqaları həssas fırça ilə və ya aşağı sovurma gücündə qurulmaq şərti ilə tozsoranın fırça başlığı ilə təmizləyə bilərsiniz. Kondensator halqalarını təmizləyərkən nəmli bez və ya dəsmal istifadə etməyin.
Cihazınız səs çıxararkən normal işləmirsə, səlahiyyətli xidmət şirkətinə müraciət edin.
Soyuducunuz işləyərkən çatlama səsi eşitmək normaldır. Bu səs soyuducunuzun hissələrinin sıxılması və ya genişlənməsi, ya da soyuducunuz buz aparatı ilə təchiz olunduğu təqdirdə düşən buz kublarından gələ bilər. Bu nasazlıq demək deyil.
Cihazınız səs çıxararkən normal işləmirsə, səlahiyyətli xidmət şirkətinə müraciət edin.
Soyuducunuzun işləyərkən səs çıxarması normaldır.
Səslərin çox yüksək və ya qeyri-adi olduğunu hiss edirsinizsə və ya cihaz səs çıxarkən normal işləmirsə, səlahiyyətli xidmət şirkətinə müraciət edin.
Soyuducunuz donma əleyhinə bir funksiya ilə təchiz olunmuşdursa, fısıltı səsi eşidilməsi normaldır. Bu səs defrost qızdırıcılarındakı su damcılarından gələ bilər. Bu nasazlıq demək deyil.
Cihazınız səs çıxararkən normal işləmirsə, səlahiyyətli xidmət şirkətin ilə əlaqə saxlayın.
Whether you need product advice, went to purchase accessories or simply want to give feedback - we're here for you.
(888) 352-2356 Monday through Friday 8 a.m. - 5:30 p.m. CSTFind FAQ's, video guides, articles and more.