Bəli, bu realdır! Həqiqətən (bəzi) idman ayaqqabılarını paltaryuyan maşına ata bilərsiniz. Çox zaman sintetik materiallardan hazırlandıqları üçün idman ayaqqabıları paltaryuyan maşında kifayət qədər yaxşı yuyula və düzgün şəkildə yuyulduqda yeni görünə bilərlər. Bu kiçik təlimat, ayaqqabılarınızın yenidən ən üst səviyyədə görünməsinə kömək edəcəkdir.
Baxım etiketinə nəzər salın
As we mention time and time again, the golden rule of doing any kind of laundry is check the care label first.aDəfələrlə xatırladığımız kimi, hər cür camaşırların qızıl qaydası əvvəlcə baxım etiketini gözdən keçirməkdir. İdman ayaqqabılarındakı baxım etiketləri yuma temperaturu və ya rejimləri barədə təfərrüatlı ola bilməz, lakin ayaqqabıların maşında yuyulub-yuyulmamasını göstərməlidir. Paltaryuyan maşın həmin növ ayaqqabıların yuyulması üçün qadağandırsa, onları həmişə əl ilə yuya bilərsiniz., you can always wash them by hand.
Onları maşına qoymaq üçün hazırlamaq
Əvvəlcə bağcıqları idman ayaqqabılarından çıxarın, sonra artıq palçıq və çirki təmizləyin. İdeal olardıki, bağcıqları və idman ayaqqabılarını tor yuma torbasına qoyasınız. Bu, idman ayaqqabılarının haradasa, xüsusəndə rezin qapı rezini ətrafında ilişib qalmasının qarşısını alacaqdır. Onları barabana atdıqdan sonra bir neçə dəsmal da əlavə etməyiniz yaxşı olar, çünki ayaqqabılar baraban ətrafında çox tıqqıltı səsi yarada bilər. Son olaraq, formasının büzülməməsi və təhrif olmaması üçün idman ayaqqabılarını 30 dərəcə temperaturda yumaq və rənglilər üçün keyfiyyətli yuyucu vasitədən istifadə etdiyinizə əmin olmaq ən yaxşısıdır.
Nə olur olsun, qurutma maşınında qurutmayın
İdman ayaqqabılarınızı yuduqdan sonra quruducuya atmaq həvəsləndirici ola bilər, amma belə etməklə onları korlayarsınız. Quruducunun silkələməsi ayaqqabıların formasını pozaraq rezin ayaqqabı altlığının çatlamasına və əyilməsinə səbəb ola bilər. Ya havada quruması üçün günəşin altında, ya da hava münasib deyilsə, radiatorun altına qoyun.
Diqqətli olduğunuz və idman ayaqqabılarının baxım etiketlərini izlədiyiniz müddətcə minimum narahatlıq ilə yeni qədər yaxşı görünən bir cüt ayaqqabıya sahib olacaqsınız.