Paltaryuyan maşınınız su axıtmırsa, camaşırlarınız düzgün şəkildə təmizlənməyəcəkdir. Paltaryuyan maşınınızın suyu axıtmamasının bir neçə səbəbi ola bilər. Aşağıdakılardan birinin bu problemi həll edib-etməyəcəyinə nəzər salın.
Nasos filterinin çirkli və ya tıxanmış olduğuna baxın
Böyük ehtimalla səbəb tıxanmış nasos filteridir. Nasos filteri hər üç aydan bir olmaqla, ya da tıxandığı zaman təmizlənməlidir. Bu filter düymə və qəpiklər kimi yad cisimlərin drenaj şlanqına daxil olmasının qarşısının alınması üçün quraşdırılıb. Bu paltaryuyanınızın sağ alt küncündə yerləşir.
Nasos filterini təmizləmək üçün, qapağı qaldırıb filteri çıxarın. Bəzi paltaryuyan maşın modellərində filterin içindəki suyu boşaltmaq üçün qapağın arxasında kiçik şlanq var. Digərləri filteri dartan kimi suyu çıxarırlar. Hər iki halda, filterin altına ya kasa ya da dəsmal qoymaq yaxşı fikir olardı.
Şlanqı görsəniz onu dartıb çıxararaq bütün suyun axmasını gözləyin. Əks təqdirdə, filteri saat əqrəbinin əksi istiqmətində çevirərək dartın. Çirki, tükləri və kənar maddələri filterdən çıxarın. Sonra su kranının altında yuyun.
Filter boşluğuna nəzər salaraq orada çirk, qəpik və ya düymələrin ilişib-ilişmədiyini yoxlayın. Nəm bez ilə silin. Sonda filteri saat əqrəbi istiqamətində yerinə yerləşdirərək sabitləyin və qapağını geriyə üzərinə qoyun.
Drenaj şlanqının əyilmiş və ya tıxanmış olduğunu yoxlayın
Maşınınızla drenaj arasında olan şlanq əyilməməli və tıxanmamalıdır. Şlanqı yoxlayın və ehtiyac varsa açın və düzəldin. Əks halda, su barabandan tamamilə xaric olmaya bilər.
Çirkab suların yenidən barabana qayıtmadığından əmin olun
Nasos filterində və drenaj şlanqında heç bir problem yoxdursa, axıdılan su yenidən barabana qayıda bilər. Çirkab suların yenidən maşına qayıtmasının qarşısını almaq üçün aşağıdakıları yerinə yetirin:
- Drenaj şlanqını maşının arxasından və bağlantının üzərindən maşına qısqac ilə sabitləyin. Əmin olun ki, drenaj şlanqı qısqaclarından ayrılmayıb.
- Drenaj çıxışlarının çirkab su çıxışına yerdən ən azı 40 sm ən çoxu isə 100 sm hündürlükdən bağlandığına əmin olun.
- Şlanqın drenaj çıxışına ən azı 15 sm keçdiyini yoxlayın. Çox uzundursa, qısaldın.
Texniki problemləri nəzərə alın.
Hamısı uğursuz nəticələnərsə, paltaryuyan maşınınızda texniki problem ola bilər. Bundan şübhələnirsinizsə, Səlahiyyəti Xidmət Şirkəti ilə əlaqə saxlayın.