Camaşırlarınız üçün qurutma maşınına sahib olmaq evinizi qurutma rəflərininin qarışıqlığından, sizi isə hava dəyişdikdə yeni yuduğunuz örtükləri qorumaq üçün qaçmaqdan xilas edəcək.
Beləcə kiçik bir rahatlığa sahib olmaq istədikdə etməli olduğunuz bir seçim olacaq. Ayrı bir qurutma maşını yaxud yuma-qurutma maşın kombo? Hər ikisinin üstünlükləri var, bu səbəbdən bu sualı cavablamağı təlimat kitabçasının öhdəsinə buraxın.
Camaşır qurutma maşınlarının tutumları daha genişdir, lakin onlar əlavə otağa ehtiyac duyurlar.
Camaşır qurutma maşınlarının ümumilikdə yuma-qurutma maşınlara nisbətən daha geniş baraban tutumları vardır. Yuma-qurutmalı kombo maşınlar 5 və ya 6 kq tutumları olduğu halda, camaşır qurutma maşınlarında bu gösətrici 10 kq-dir. Beləliklə, siz daha çox paltar qurutmağı planlaşdırırsınızsa, bu mütləq nəzərə alınmalıdır.
Bir camaşır qurutma maşını həmdə standart yuma-qurutma maşınına nisbətən enerjiyə daha çox qənaət edərək sizə qərar verərkən düşünməyə çox səbəb verir.
Başqa tərəfdən camaşır qurutma maşınları əlavə cihazlardır və bu da əlavə xərclə birlikdə əlavə yer ehtiyacı deməkdir.
Bildirilir ki, yuma-qurutma maşınlarının qiyməti paltaryuyan maşınları ilə camaşır qurutma maşınları qiymətlərinin cəminə bərabərdir, bu da deməkdir ki, büdcənizə nəyin daha uyğun olduğunu görmək üçün hesablama etməlisiniz. Siz həmdə quruducunu paltaryuyan maşının altına və ya üstünə yerləşdirə bilərsiniz, beləliklə, boş yerdən daha səmərəli istifadə edə bilərsiniz.
Yuma-qurutma maşınlarının tutumu azdır, amma iki maşının işini görür.
Rahatlıq yəqinki yuma-qurutma maşınının ən cəlbedici üstünlüyüdür. Camaşırlarınızı bir maşından digərinə keçirmədən yuya və quruda bilərsiniz. Bəzilərində hətta yuma bitdikdən sonra dərhal qurulamaya keçməsi üçün proqram xüsusiyyətləri də var. Çirkli paltar daxil olur, təmiz və quru çıxarılır!
Hər iki funksiyanın bir cihazda olması yerə də qənaətdir, beləki eviniz kiçikdirsə, yəqinki, bir cihaza yer tapmaq ikisinə tapmaqdan asan olacaq.
Yuma-qurutma maşınlarının təklif etdiyi rahatlığın da bir həddi var. Qurutma tutumları adətən yuma tutumlarından bir neçə kq az olur. Bu o deməkdir ki, siz ya yuma yükünüzü azaltmalısınız, ya da bəzi nəm camaşırları qurutma dövrünə keçməzdən əvvəl çıxarmalısınız.
Qərar verərkən büdcənizi və sahib olduğunuz yeri nəzərə alın.
Beləliklə, qərar sahib olduğunuz yer və təxmini büdcənizə bağlıdır. Əgər iki maşın üçün yeriniz varsa və yaxşı bir fürsət tapa bilirsinizsə, ayrılıqda yuyucu və qurulayıcı almaq ən yaxşı fikir ola bilər. Hər ikisini eyni istehsalçıdan almaq hər ikisi arasında dəst hissiyatı yarada bilər.
Yaxşı xəbər ondan ibarətdir ki, siz yığma dəstindən istifadə edərək camaşır qurutma maşınınızı paltaryuyan maşınınızın üzərinə qoyaraq yerə qənaət edə bilərsiniz. Bu halda yanlız bir maşınlıq döşəmə yerini tutmuş olursunuz.
Yeriniz tamamilə məhduddursa, yuma-qurutma maşını ən yaxşısıdır və bu həmdə daha sərfəli seçim ola bilər.