Müqayisənizi silmək istədiyinizə əminsiniz?
Davam edin

3 Min oxuyun

Qurutma Maşınının Enerji Etiketini necə oxumaq olar?

Qurutma Maşınının Enerji Etiketini necə oxumaq olar?
Qurutma Maşınının Enerji Etiketini necə oxumaq olar?

 

 

Enerji etiketləri məhsul haqqında çoxlu faydalı məlumatlar verir.about a product. Gəlin orada hansı növ məlumatların olduğuna və mənalarına daha yaxından baxaq.

 

 

 

AB enerji etiketi nədir?

 

AB enerji etiketləri Avropa Birliyi tərəfindən əksər məişət cihazları üçün buraxılmış enerjinin səmərəlilik dərəcəsi standartlaşdırma sistemidir. İlk AB enerji etiketi cihaz üzərində 1994-cü ildə əks olundu. O zamandan bəri, AB Enerji Qaydalarına daha da çox cihaz kateqoriyaları daxil edildi və etiketlər müxtəlif vaxtlarda yeniləndi. 

 

AB enerji etiketlərinin əsas məqsədi Avropada məişət cihazlarının enerji istehlakını iki şeyi edərək toplu şəkildə azaltmaqdır: 

 

1.İstehlakçılara aydın müqayisə meyarları verməklə onlara daha enerjiyə qənaətli məhsullar seçimində kömək etmək, və 

2. Şirkətləri enerjiyə qənaətli məhsulların inkişafına investisiya qoymağa həvəsləndirmək. 

 

Enerji etiketləri özündə cihazın illik enerji istifadəsi, səs səviyyəsi və tutumu kimi dəyərli informasiyanı ehtiva edir. Bu kiçik etiket kartları yeni camaşır qurutma maşını axtararkən nəzərə almalı olduğunuz şeylərin xülasəsi kimidir.

 

 

 

Camaşır qurutma maşının enerji etiketində nə qeyd olunub?

 

AB-nin camaşır qurutma maşınları üçün olan enerji etiketinin görünüşü və üzərindəki işarə və rəqəmlərin mənaları belədir: 

 

Hər bir dərəcə və rəqəmin daha ətraflı mənasını bilmək üçün oxuyun. 

 

 

 

01.

Enerji sinfi (A+++ dan D -yə dək)

 

Enerji səmərəliliyinə gəldikdə camaşır qurutma maşınları bir az pis nüfuz sahibdirlər.  

 

Bir çox kondensatorlu camaşır qurutma maşınlarının enerji sinfi B və ya C olacaqdır və istilik pompalı camaşır qurutma maşınları daha çox hallarda A+ və ya A++ kimi dərəcələnir. Havalandırmalı quruducular kondensatorlu və istilik nasoslu modellər qədər səmərəli deyil.

 

A+++ 2013-cü il May ayında təqdim edildi və həmin ilin Noyabr ayında D enerji sinfi quruducularının bazara çıxarılmasına qadağa qoyuldu.  

 

 

 

02.

İllik enerji sərfiyyatı (kVt/il)

 

İllik təxmin edilən enerji sərfiyyatı həmçinin qurutma maşınının enerji səmərəliliyi etiketində də qeyd olunur. Bu, standart pambıq qurutma proqramında 160 tam və qismən yüklü dövrə əsaslanır. Bu həftədə 3 qurulamaya qədər bölünür.

 

Fərdi yuma vərdişləriniz qurutma maşınınızın istifadə etdiyi enerjinin miqdarına böyük təsir göstərəcək. Bununla belə, camaşır qurudanın illik enerji sərfiyyatını bölgənizdəki hər kWh üçün müəyyən olunmuş qiymətə vurmaq sizə bu cihazın il boyu istifadəsinə nə qədər xərclənəcəyinə dair yaxşı təxmin verəcəkdir. 

 

 

 

03.

Qurulayıcının növü (qazla, elektriklə və ya elektrikli kondensatorla)

 

Camaşır qurutma maşınları 3 əsas növə malikdir: Qazla, elektriklə və kondensatorla.

 

Havalandırma ilə olan modellər qurulama nəticəsində yaranan rütubətli havanı havalandırma vasitəsilə kənarlaşdırır. Kondensatorlu quruducular bir tərəfdən də rütubətli havadan nəmi boşaldılmalı olan su çəninə yığırlar. Bəzi modellərdə drenaj şlanqları da mövcuddur.

 

Bu əsas fərqdən savayı quruducunun növü onun enerji səmərəliliyində və illik enerji sərfiyyatında böyük fərq yaradır.  

 

 

 

04.

Tam pambıq yükün dövr vaxtı (dəq)

 

Bu standart pambıq qurutma dövrəsinin başa çatmasına nə qədər vaxtın tələb olunmasını göstərir. Bu rəqəm kondensatorlu modellərə nisbətən yüksək dərəcələrə sahib olan havalandırmalı quruducularda daha az ola bilər. Buna baxmayaraq, nisbətən daha uzun dövr müddətində kondensatorlu 

 

 

 

05.

Tutum (kq)

 

Bu camaşır qurutma maşınınızın standart bir pambıq qurutma dövründə nə qədər yük ala biləcəyi deməkdir. Tutum seçilmiş proqrama əsasən dəyişir.

 

Zəhmət olmasa, hər bir proqram üçün dəqiq tutum miqdarı üçün istifadəçi təlimatınıza nəzər salın. Əgər siz bir Beko sahibisinizsə, istifadəçi təlimatınızı  məhsul nömrəsini qeyd edərək yükləyə bilərsiniz. 

 

 

 

06.

Səs səviyyəsi (dB)

 

Qurutma maşınlarındakı enerji etiketləri həm də səs dərəcəsini özündə ehtiva edir və bu 40 dB (sakit kitabxana) və 80 dB (zəng çalan ev telefonu) arasında dəyişə bilər. Daha yüksək səviyyəli maşınlar izolyasiya və fırçasız mühərriklər kimi səs azaltma xüsusiyyətlərini özlərində cəmləşdirdikləri üçün daha sakitdirlər.

 

 

 

07.

Kondensayiya səmərəliliyi sinfi (A-dan G-dək)

 

Bu dərəcə, quruducunun nə qədər rütubət yığa və saxlaya biləcəyini göstərir. Aşağı dərəcələr rütubətli havanın bir hissəsinin otaq havasına yayıldığını göstərir.

 

Həddindən artıq rütubət sağlamlıq üçün ziyandır, həm də bakteriya və kifin çoxalmağına zəmin yaratdığını qeyd etməsək olmaz. Qışda istilik xərclərini artırır və uzun müddətdə binalar üçün zərərlidir.

 

Camaşır qurutma maşınlarının yaxşı havalandırılan mühitlərə ehtiyacı var. Kondensasiya səmərəlilik sinfi nə qədər aşağıdırsa camaşırxana otağını bir o qədər çox havalandırmağınıza ehtiyac var. 

 

 

 

Enerji səmərəliliyinə niyə əhəmiyyət verməlisiniz?

 

İki əsas səbəbə görə: 

 

1. Ev büdcəniz və 

 

2. Ətraf mühit 

 

Doğrudur ki, yüksək enerji sinfinə malik camaşır qurutma maşınları nisbətən daha bahadırlar, amma daha az enerji sərf edirlər. Avropa Komissiyası  enerji səmərəliliyinə malik paltaryuyan maşınlarına keçməyin enerji xərclərinizi 50%-ə qədər azalda biləcəyini və ilk investisiyanı bir neçə ilə geri qaytara biləcəyinizi bildirir. 

 

‘’Bir paltaryuyan maşın nə qədər fərq yarada bilər’’ deyə düşünə bilərsiniz. Düzdür, bu məcmu təsiridir. Enerji səmərəliliyi resursların tükəndiyi və təbiətə insan həyatının təsirlərinin getdikcə artdığı bu dövrdə indikindən daha vacib olmamışdır.

 

Əgər bütün Apropa öz köhnə camaşır qurutma maşınlarını atsaydı, 2020-ci ilədək ümümilikdə 3.3 TWh (bu 3.300.000.000 kWhdeməkdir!) miqdarında elektrik enerjisinə qənaət etmək olardı. 

 

 

Kimsə ilə məsləhətələşmək daha yaxşıdır?

Beko