Müqayisənizi silmək istədiyinizə əminsiniz?
Davam edin

2 Min oxuyun

Bitirmək üçün çox vaxt tələb edən camaşır qurutma maşınını necə təmir etmək olar?

Paltarları qurutmaq üçün çox vaxt tələb edən camaşır qurutma maşınını necə təmir etmək olar?
Paltarları qurutmaq üçün çox vaxt tələb edən camaşır qurutma maşınını necə təmir etmək olar?

 

 

Qurutma dövrəsinin müddəti camaşır qurutma maşınınızın istifadəçi təlimatında qeyd olunub. İstifadəçi təlimatınızı yoxlayın və qurudulmanın göstərilən vaxtdan daha çox çəkməsinə diqqət yetirin. Təlimatınızı tapmaqda çətinlik çəkirsizsə, məhsulunuzun model nömrəsini istifadə edərək buradan yükləyin.

 

Camaşır qurutma maşınınızın qurutma müddətində artım görsəniz, aşağıdakılardan birinin BU problemi həll edİB-etməyəcəyinə nəzər salın. 

 

 

 

Tiftik filterinin çirkli və ya tıxanıq olmasına nəzər yetirin

 

Tiftik filterinin tıxanması halında qurutma müddəti daha uzun ola bilər. Tiftik filteri paltarlardan tükləri və lifləri toplayır və hər qurutma dövründən sonra təmizlənməsi lazımdır. Tiftik filteri qapının kənarında yerləşir. 

 

Tiftik filterini təmizləmək üçün qapını açın və tiftik filterini yuxarıya çəkərək çıxarın. Ekranda yığılmış tiftikləri əlinizlə və ya yumşaq bez ilə təmizləyin. Əgər filter həddindən artıq tıxanıbsa, onu kranın altında isti su ilə yuyun.

 

Tiftik filterini yenidən quraşdırmazdan əvvəl yaxşıca qurudun. Filteri yenidən yuvasına yerləşdirməzdən əvvəl, burada da tiftik yığıla biləcəyini nəzərə alaraq silin.

 

 

 

Filter siyirməsinin və ya kondensator filterinin çirkli və ya tıxanıq olmasına diqqət edin.

 

İstilik nasosu və kondensator qurutma maşınlarının lövhəsinin arxasında əlavə filter olur. Bu hissə istilik nasosu qurutma maşınlarında filter siyirmə, kondensator qurutma maşınlarında isə kondensator filter adlanır.   

 

Tıxanmış filter siyirməsi və ya kondensator daha uzun müddətli qurutma müddəti ilə nəticələnə bilər. Bu filterlər tiftik filterindən sızan lifləri və tükləri tutur. Onlar vaxtaşırı və ya filter siyirməsi təmizlənməsi xəbərdarlıq işarəsi yandıqda təmizlənməlidirlər.(əgər varsa). 

 

Filter və ya kondensator siyirməsini təmizləmək üçün kondensant qabını açın və kilidi açaraq onu yuvasından çıxarın. Filter siyirməsini qırmızı düyməni sıxaraq da açmaq olar.

 

Filter lövhəsinə yığılmış tiftikləri əlinizlə və ya yumşaq bez ilə təmizləyin. Aşağı sovurma gücündə tozsoran maşından da istifadə edə bilərsiz. Sonda, lövhələr arasında nazik süngər var. Süngəri çıxarın və onu kranın altında isti su ilə yuyun.

 

Kondensant filter, digər tərəfdən, təzyiqli suyun altında daha yaxşı təmizlənir. Onu duş başlığının altında bir neçə dəqiqə saxlayın. Suyu hər tərəfdən axıtmağa və çirkin təmizlənməsinə diqqət edin. 

 

Quraşdırmazdan əvvəl bütün hissələrin tamamilə qurumasına diqqət edin. Filter siyirməsini və ya kondensantı yuvasına yerləşdirin və kilidi keçirin. Sonda, kondensant qabını bağlayın.

 

 

 

Quruducu cihazın ventilyasınının bloklanmasını yoxlayın( ventilyasiyalı modelllər)

 

Ventilyasiya qurutma cihazınız varsa, cihazınızı xarici ventilyasiyaya yaxın quraşdırmağınız məsləhətdir. Təhlükəsizlik və yaxşı qurutma performansı üçün bu havalandırıcılar tıxaclardan açıq olmalıdır. Quruducu havalandırma bloklanırsa və ya məhdudlaşdırılırsa, cihazınız paltarları qurutmaq üçün daha uzun vaxt aparacaq.

 

 

 

Seçilmiş proqramı və funksiyalarını nəzərdən keçirin.

 

Seçilmiş proqramın əlavə vaxt aparan xüsusiyyətləri ola bilər. Camaşır növünə uyğun proqram seçin və yalnız ehtiyac olduğu halda əlavə funksiyalardan istifadə edin. Daha uyğun proqram tapmaq üçün istifadəçi təlimatınıza nəzər yetirin. Təlimatınızı tapmaqda çətinlik çəkirsizsə, məhsulunuzun model nömrəsini istifadə edərək buradan yükləyin.

 

 

 

Cihazı artıq yükləməkdən çəkinin

 

Qurutma maşınınız həddindən artıq yüklənibsə, barabanın içərisindəki hava axını məhdudlaşacaqdır. Bu, qurutma müddətinin artması ilə nəticələnəcək. 

 

Proqramlar və onların qurutma gücü barədə məlumat üçün istifadəçi təlimatınıza nəzər yetirin. Təlimatınızı tapmaqda çətinlik çəkirsizsə, məhsulunuzun model nömrəsini istifadə edərək buradan yükləyin. 

 

 

Kimsə ilə məsləhətləşmək daha yaxşıdır?

Beko