Müqayisənizi silmək istədiyinizə əminsiniz?
Davam edin

4 Min oxuyun

Yeni Beko soyuducunuzu necə quraşdıra bilərsiniz

Yeni Beko soyuducunuzu necə quraşdıra bilərsiniz?
Yeni Beko soyuducunuzu necə quraşdıra bilərsiniz?

 

 

Sizə lazım olanlar

 

Alətlər:

Qayka açarı, vintaçan, su tərəzisi

 

Bağlantılar:

Torpaqlanmış elektrik şəbəkə qovşaqları (multi-girişli elektrik yuvası və uzatma naqili olmadan), su təchizatı (yalnız bəzi modellərdə)

 

Hissələr və aksesuarlar:

Yumurtaqabı, plastik çivlər

 

Çətinlik səviyyəsi:

Su-təchizatsız modellər: 1/5

Su-təchizatlı modellər: 4/5

 

Təxmini. vaxt:

su təchizatsız modellər üçün 15 dəqiqə

su təchizatlı modellər üçün 45 dəqiqə

 

 

 

İşə salmadan öncə

 

Cihazı quraşdırmaq çətin və hətta təhlükəli ola bilər, ona görə işə salmazdan öncə xəbərdarlıqları və təlimatları oxuduğunuzdan əmin olun.

 

  • Köhnə cihazınızı kənarlaşdırmazdan əvvəl onu elektrik şəbəkəsindən və su təchizatından ayırdığınızdan əmin olun.
  • Köhnə / Yeni cihazınızı kənarlaşdırmazdan/quraşdırmazdan öncə onu elektrik şəbəkəsindən ayırdığınıza əmin olun. removal/installation procedure.
  • Bütün xarici qablaşdırma və qoruyucuları çıxarmadan yeni cihazınızı elektrik şəbəkəsinə birləşdirməyin.
  • Yeni soyudunuzu çatdırıldıqdan sonra kompressor yağının çökməsini təmin etmək məqsədilə 4 saat müddətində şaquli vəziyyətdə saxlayın.
  • Soyuducu sistemin tərkibindəki qazlar və yağ yanıcıdır. Daşınma zamanı sxemlərin və boruların zədələnmədiyindən əmin olun. Əgər bunların zədələnməsini aşkar etsəniz, cihazınızı açıq alovdan və ya qızdırıcı maddələrdən kənarda saxlayın və otağı havalandırın. Sonra ixtisaslı mühəndis çağırın.
  • Cihazını çatdırılma zamanı təhvil alarkən, daşınma zamanı zədələnmədiyinə və bütün hissələrin və aksesuarların mövcudluğunu və düzgünlüyünü yoxlayın.
  • Sığorta ilə təmin olunan və istifadəçi təlimatında göstərilən texniki şərtlər cədvəlinə uyğun torpaqla təchiz olunmuş elektrik yuvasına sahib olduğunuzdan əmin olun. Cihazınızı elektrik uzatma naqilinə və ya multi-girişli elektrik yuvasına birləşdirməyin və elektrik naqilinin sıxılmadığından və ilişmədiyin əmin olun.
  • Əgər elektrik yuvasına uyğun olaraq elektrik ştepselini dəyişməyə ehtiyac varsa, 13A qoruyuculu ştepseldən istifadə etdiyinizə əmin olun.
  • Heç vaxt ştepselə nəm əllərlə toxunmayın. Heç vaxt naqili çəkərək ştepseli çıxarmayın – həmişə ştepselin baş hissəsindən tutaraq dartın.
  • Soyuducunuzu heç vaxt buxar təmizləmə cihazları ilə təmizləməyin. Bu soyuducunuzun dondurucu bölməsindəki buzları əridə və buxar eyni zamanda qısa qapanmaya səbəb ola bilər.
  • Əmin olun ki, cihazının arxasındakı bütün havalandırma girişlərinin qarşısında heç bir maneə yoxdur.

 

 

 

Köhnə cihazınızın kənarlaşdırılması

 

Əmin olun ki, su təchizatı (əgər köhnə cihazınız su təchizatı ilə təmin olunubsa) bağlıdır və elektrik şəbəkəsinə qoşulmayıb. Əgər cihaz şkaf bölmələrinə bərkidilibsə, onu tutan bütün vintləri açın. Cihazı əvvəlki yerindən özünüzə doğru dartın. Yadda saxlayın ki, soyuducular ağır ola bilər, ona görə özünüzünkünü hərəkət etdirərkən ehtiyatlı olun. Cihazınızı asanlıqla dartmaq üçün, onu arxaya tərəf əyərək köhnə xalça parçasını onun ön ayaqlarının altına sərə bilərsiniz. Sonra, xalçayla birlikdə cihazınızı darta bilərsiniz. Lakin, birçox suyducunun alt arxa hissəsində təkərlər var, beləliklə cihazı özünüzə kifayət qədər dartdıqdan sonra onların üzərinə əyərək istifadə edə bilərsiniz.

 

İndi sizin soyuducunun arxa hissəsinə keçməyə girişiniz olmalı və elektrik, su əlaqələrini (əgər varsa) ayırmalısınız. Su təchizatını ayırmaq üçün sizin açara və kəlbətinə ehtiyacınız ola bilər. Sızmanın qarşısını almaq üçün su təchizatı kranının altına bir qab qoyun. Əgər dondurucu bölmənin içərisində buz qalarsa, o növbəti bir neçə saat ərzində əriyəcək, ona görə bacardığınız qədər çıxardığınızdan əmin olun. Su qablarını və buz dispenserini da boşaldın.

 

Köhnə ev cihazlarının tullantıya çevrilməsinə dair yerli qaydalara nəzər salın. Yerli şuranız və ya rayonunuz toplama işləri üçün xidmətlər təklif edə bilər. Əgər özünüz kənarlaşdıracaqsınızsa, yadda saxlayın ki, sizin köhnə cihazınızı qaldırmaq və hərəkət etdirmək üçün başqa bir nəfərə də ehtiyacınız olacaq.

 

 

 

Yeni cihazınızın quraşdırılma üçün hazırlanması

 

Məhdud yerlərdə manevr etmənin və qutunun çıxarılmasının çətin ola biləcəyini nəzərə alaraq, yeni cihazınızın qablaşdırılmasını evə və ya mətbəxə daxil etməzdən əvvəl çıxarılmasını nəzərinizdə saxlayın. Qutunun bir kənarı boyunca zımbalı bir xətt görəcəksiniz, bu xətlə qutunu ən asan yolla aça bilərsiniz. Bütün karton və penoplastları çıxarın. 

 

Sonra cihazın üzərindəki bütün etiketləri, qabarcıqlı örtüyü və yapışqan lenti çıxarın. İçəridə siz yapışqan lentlə bağlanmış qapıları, çəkməcələri və rəfləri görəcəksiniz, beləliklə onları da çıxarın.

 

Qeyd: Yeni cihazınız su şəbəkəsi əlaqəsi varsa, xahiş olunur, Beko soyuducunuzun su əlaqələrinin necə qurulacağına dair təlimatımıza nəzər salın.

 

 

 

Yeni cihazınızın quraşdırılması

 

Siz istifadəçi təlimatınızı, yumurta qabını və plastik çivləri çəkməcələrin birində tapa biləcəksiniz.

 

Bəzi modellərdə plastik çivləri cihazın arxa hissəsindəki havalandırma panelinə əl ilə əlavə edə bilərsiniz. Lakin, bəzilərində vintaçandan istifadə edərək vintləri açmalısınız, sonra həmin vintləri plastik çivləri sabitləmək üçün istifadə edin. Çivlər lazimi miqdarda havalandırmanı təmin etmək üçün divarla cihaz arasında kifayət qədər məsafənin olduğundan əmin olmaq üçündür, ona görə yeni cihazınızı yerləşdirmədən öncə onları birləşdirməyiniz çox vacibdir.

 

Cihazını elektrik şəbəkəsinə qoşmazdan əvvəl kompressordakı qaz və mayenin durulması üçün ən azı 4 saat gözləyin. Bu müddətdən sonra siz cihazı elektrik şəbəkəsinə birləşdirə bilərsiniz.

 

Sonra, soyuducunu arxaya doğru əyin və sonra alt arxa hissədəki təkərlərdən istifadə edərək cihazı yerləşdirin. Su təchizatı əlaqələrini pozmamaq və şəbəkədə qarışıqlıq etməmək üçün ehtiyatlı olun. 

 

Cihazın sabit dayanmasına əmin olmaq üçün ön ayaqları yerləşdirdirərkən tənzimləməlisiniz. Soyuducunuzun normal şəkildə işləməsi üçün ayaqları üzərində düzgün və taraz şəkildə dayanmalıdır. Cihazı o tərəf bu tərəfə, irəliyə ön- arxa tərəfdən hərəkət etdirməyə çalışın.  Əgər çox hərəkət edirsə, bu o deməkdir ki, ya döşəməniz ya da cihazınız ayaqları qeyri-bərabərdir.

 

Su tərəzisindən istifadə edərək cihazınızın tarazlığını yoxlayın. Əgər işlək vəziyyətdə deyilsə, soyuducunuzun altındakı iki ön ayağını taparaq tənzimləyin. Ayaqları yerlə möhkəm şəkildə təmas edənədək, saat əqrəbi və ya saat əqrəbinin əksi istiqamətində çevirin.

 

Lazımi tempratura çatması üçün ərzaq məhsullarını yeni soyuducunuza yığmadan öncə 6 saat gözləməyinizə ehtiyac var.  

 

 

 

Beləliklə, o sizindir. Elə indicə yeni Beko soyuducunuzu quraşdırdınız! Ümid edirik ki yeni cihazınızın istifadə etməkdən zövq alacaqsınız.

 

 

Kimsə ilə məsləhətləşmək daha yaxşıdır?

Beko