Enerji etiketləri məhsul barədə çoxlu faydalı məlumat əks etdirir. Orada hansı növ informasiyanın əks olunduğuna və onların nə məna ifadə etdiyinə yaxından nəzər salaq.
AB enerji etiketi nədir?
AB enerji etiketləri əksər məişət texnikası üçün Avropa Birliyi tərəfindən təyin olunmuş enerji səmərəlilik dərəcəsinin standartlaşdırılmış sistemidir. İlk AB enerji etiketləri məhsul üzərində 1994-cü ildə əks olundu. Həmin vaxtdan bəri, bir çox avadanlıq kateqoriyaları AB Enerji qaydalarına daxil edilib və etiketlər bir neçə dəfə yenilənib.
AB enerji etiketlərinin əsas məqsədi iki yolla Avropada məişət texnikasının enerjini istehlakını tamamilə azaltmaqdır:
- İstehlakçılara aydın müqayisə kriteriyası təqdim etmək və onların daha çox enerji qənaətli məhsul seçməsini təmin etmək və
- Şirkətləri daha çox enerji qənaətli məhsullara investisiya qoymağa yönəltmək.
Enerji etiketləri cihaz barədə onun aylıq enerji istehlakı, səs-küy səviyyəsi və ya tutumu kimi çox əhəmiyyətli informasiyanı özündə əks etdirir. Bu kiçik etiket kağızları yeni paltaryuyan maşın axtardığınız zaman nəzərə almalı olduğunuz hər şeyin xülasəsidir.
Paltaryuyan maşının enerji etiketində nə qeyd olunur?
Plataryuyan maşınların enerji etiketlərində əks olunan bütün məlumatlar bunlardır:
Here is the meaning of each rating and numbaHər bir reytinq və rəqəmin daha detallı mənaları ilə tanış olun.er in more detail.
01.
Energy Class (A+++ to D)
Since December 2011, washing machines have been rated from A+++ (the most efficient) to D (the least efficient). An A+++ washing machine will be the cheapest-to-run, the most environment-friendly one among other washing machines.
02.
İllik enerji istehlakı (kVt/il)
Ehtimal olunan illik enerji istehlakı da paltaryuyan maşınlarının enerji səmərəli etiketlərində əks olunub. Bu, 40 °C və 60°C-də tam və yarı pambıq yükləməsi birləşməsinin 220 dövrəsinə əsaslanır. Bu o deməkdir ki, paltaryuyan maşının həftədə azı 4 dəfə işləməsi təxmin olunur.
Fərdi yuma vərdişləriniz paltaryuyan maşınınızın istifadə etdiyi elektrik enerjisinin faktiki həcminə böyük təsir göstərəcəkdir. Paltaryuyan maşının illik enerji istehlakını bölgənizdəki elektrik enerjisinin kVh ilə qiymətinə vursanız, cihazınızın il boyu işləməsinin nə qədər xərc yaradacağı barədə doğru təxmin yaradar.
03.
İllik su istehlakı (L/il)
Enerji istehlakına gəlincə, paltaryuyan maşınların enerji reytinqi etiketlərində qeyd olunan təxmini illik su istehlakı 40 °C və 60° C -də tam və yarı pambıq yükləməsi birləşməsinin 220 dövrəsinə əsaslanır. Bu, il ərzində təxminən 8000 və 12000 litr arası dəyişə bilər.
İllik enerji istehlakında olduğu kimi, illik su istehlakı da daha çox sizin yuma vərdişlərinizdən asılıdır. Yenə də, bu rəqəmi suyun bir litrinin bölgənizdəki qiymətinə vursanız, bu sizə həmin paltaryuyan maşının işləməsinin illik xərci barədə doğru təxmin yaradar.
04.
Tutumu(kq)
Bu, paltaryuyan maşınınızın standart pambıq yuma tsiklində götürə biləcəyi yük qədərdir. Tutum seçilən proqrama görə dəyişir.
Hər proqram üçün dəqiq tutum barədə istifadəçi təlimatınızla tanış olun. Əgər Beko istifadəçisisinizsə, məhsul nömrəsi ilə istifadəçi təlimatınızı yükləyə bilərsiniz.
05.
Fırlanmanın qurutma səmərəliliyi (A-dan G-yə)
Bu rəqəm sizə paltaryuyan maşının fırlanma zamanı camaşırdan nəmi çıxarmaqda nə qədər uğurlu olduğunu göstərir. Bu rəqəm A-ya nə qədər yaxın olsa, paltarlarınız maşından bir o qədər quru çıxacaq.
Bu, həm də yuma və qurutmaya qənaət edərək quruducuda daha az vaxt sərf etməkdir. Sürətli fırlanma camaşırdan nəmi çıxarmağın və onun çamaşır qurutma maşınında saxlanmasının daha effektiv yoludur.
06.
Yuma və fırlanma zamanı səs səviyyələri (dB)
Paltaryuyan maşının enerji reytinq etiketi həm də iki əsas səs səviyyəni əks etdirir : biri yuma tsikli, digəri isə fırlanma tsiklinə görə
Bu səviyyələr 40 dB-dən (sakit kitabxana) 80 dB-yə (ev telefonun zəngi) qədər dəyişə bilər. Nisbətən yüksək səviyyəli maşınlar özündə fırçasız mühərrikləri və titrəmə əleyhinə sistemləri birləşdirdiyi üçün daha sakit, amma,təbii ki, digər modellərə nisbətən daha baha olurlar.
Enerji səmərəliliyinə niyə diqqət eməlisiz?
2 əsas səbəbə görə :
1. Sizin məişət büdcəniz və
2. Ətraf mühit
Yüksək enerji reytinqli paltaryuyan maşınların daha baha olması, lakin onların daha az enerji sərf etmələri doğrudur. Bu o deməkdir ki, enerji səmərəli paltaryuyan maşına keçmək elektrik enerjisi xərclərinizi 50%-dək azaldabir neçə ilə ilin investisiyanı ödəyə bilərsiniz. Nəticədə, Avropa Komissiyası qənaətlərinizin cihazınızın ömrünə 250 EUR-ya qədər xeyir gətirə biləcəyini iddia edir.
“Sadəcə bir paltaryuyan maşın nə qədər fərq yarada bilər?” deyə düşünə bilərsiniz. Bəli, bu kumulativ təsirdir. Enerji səmərəliliyi resursların azaldığı və insan həyatının təbiət üzərində təsirinin artdığı bir vaxtda, heç zaman indiki qədər əhəmiyyətli olmamışdır.
Əgər bütün Avropa öz köhnə paltaryuyan maşınlarını atsa, 2020-ci ilə qədər ümumi 1.5 TVh ( bu 1.500.000.000 kVh deməkdir!) elektrik enerjisi və 100 milyon m3 suya qənaət edilər.