Heç bir şübhə yoxdur ki, başqa evə köçmək həyəcanlı olduğu qədər həm də edəcəyimiz ən stresli işdir, buna görə də bunu müəyyən qədər əziyyətsiz etmək üçün biraz vaxt sərf etməyə dəyər və bu mümkündür.
Bütün qablaşdırma və planlaşdırma işlərinin arasında ağ əşyalarınızın da sizinlə gələcəyini unutmaq asandır. Bu cihazların təhlükəsiz və düzgün şəkildə daşınmasından əmin olmaq istəyəcəksiniz və bunun üçün bir az planlaşdırma lazımdır. Bu rahat təlimat sizə cihazlarınızın hər birinin daşınmaya hazır olmasını təmin etmək üçün nə etmək lazım olduğunu dəqiq şəkildə izah edəcəkdir.
Hazırlıq
Başqa bir şey etməzdən əvvəl, paltaryuyan maşını elektrik şəbəkəsindən ayırmaq və cihaza su təchizatını dayandırmaq lazımdır. Daha sonra, su təchizatı şlanqını su təchizatından ayırın. Bunu etmək üçün yivli qovşağı saat əqrəbinin əksi istiqamətində çevirin.
Su təchizatı kranının və şlanqının altına bir dəsmal qoymaq yaxşıdır, çünki onu ayırdığınız zaman bir az sızıntı ola bilər. Daha sonra, drenaj şlanqını kanalizasiya çıxışından çıxarın və yenidən sızan suyu hopdurmaq üçün altına bir dəsmal qoyun. Paltaryuyan maşın hərəkət edərkən xaricə çıxa biləcək suyu hopdurmaq üçün su təchizatı və çirkab su şlanqını dəsmallarla bükə bilərsiniz.
Köçməzdən əvvəl paltaryuyan maşınınızın içinin təmiz və quru olduğundan əmin olun. Yuyucu vasitə qabında yuyucu vaitə qalığı, filterdə zibil olmadığını və içərisinin tamamilə quruduğunu yoxlayın. Cihaz təmizlənməsi ilə bağlı daha çox ipucu üçün paltaryuyan maşınınızı necə təmizləmək barədə təlimatımızı oxuyun.
İçindəki bütün nəmin quruması üçün paltaryuyan maşınınızın qapısını ən azı 24 saat açıq qoymağa çalışın.
Köçürmək
İndi paltaryuyan maşını yerindən çıxarıb elektrik naqilini, su təchizatı və çirkab su şlanqını cihazın arxasına bərkidə bilərsiniz. Paltaryuyanı özünüz daşıyırsınızsa, bunun çox ağır bir cihaz olduğunu unutmayın, beləliklə, xüsusən də cihazı pilləkənlərlə yuxarı və ya aşağı qaldırarkən başqa bir şəxsin köməyinə ehtiyacınız olacaq.
Qapını lent və ya iplə bağlaya bilərsiniz. Cihazı hava balonlu paket torbası, örtük və ya hərəkət zamanı yarana biləcək zədələrin qarşısını almaq üçün bir şeyə bükün. Cihazı sərt kəndirlə daşınacağı maşına və ya yük maşınına bağlayın.
Yer dəyişdirmə və Quraşdırma
Cihazınız təhlükəsiz şəkildə yeni mətbəxdə və ya caamşır otağında olduqda, paltaryuyan maşınınızı yenidən quraşdırmaq üçün təlimatımızı izləyin.
Daxili və inteqrasiya edilmiş ciohazlara dair qeyd
Yığılma cihazları daşımaq daha sadədir, çünki əvvəl cihazın qapılarını çıxarmalısız. Bunu necə edəcəyiniz barədə hər zaman istifadəçi təlimatı və quraşdırma təlimatına baxın.
Beko istifadəçisisinizsə, məhsul modelindən istifadə edərək, istifadəki təlimatını buradan yükləyə bilərsiniz.