Everything you need to know about

Paltaryuyan maşın

FAQ's

Paltaryuyan maşınlar müxtəlif yükləmə qabiliyyətinə malikdir. Üstəlik, yüktutma qabiliyyəti seçilmiş proqramdan asılı olaraq dəyişir. Cihazınızı yüktutma qabiliyyətindən artıq yükləməməlisiniz, çünki həddindən artıq yükləmə onun düzgün işləməməsinə səbəb ola bilər. 

 

Paltaryuyan maşınınızın yük tutma qabiliyyəti haqqında daha çox məlumat üçün istifadəçi təlimatına baxın. Təlimatınızı tapmaqda çətinlik çəkirsinizsə, məhsulunuzun model nömrəsini istifadə edərək buradan yükləyin.  

 

Beko paltaryuyan maşınları balanssız yükləri aşkarlamaq və fırlanma sürətini müvafiq olaraq azaltmaq üçün hazırlanıb. Yüklərin qeyri-bərabər paylanmasının qarşısını almaq üçün yorğan kimi həcmli əşyaları, ən azı başqa bir böyük dəsmal və ya başqa bir yorğan kimi bir ağır əşyalarla yuyun.

 

Daha çox paltaryuma tövsiyələti üçün paltaryuyan maşınınızı necə düzgün bir şəkildə yükləməyiniz, paltaryuyan maşınınızın nə qədər yüklənə biləcəyi, uyğun yuma proqramını necə seçməyiniz və idman ayaqqabıları və yun paltarlarınızı necə yuyacağınıza dair təlimatlarımızı oxuyun. 

Rəngli və ağ camaşırlarınızı bir yerdə yumaq yaxşı fikir deyil.

 

Tünd və parlaq rənglər digər camaşırlara sıza bilər və soyuq suda yuyulsa belə ağlarınızın rəngini həmişəlik dəyişə bilər. Camaşırlarınızı ağlara, parlaqlara və tünd rənglərə görə çeşidləmək, uyğun yuyucu vasitə və yuma temperaturlarından istifadə etmək paltarlarınızın rəngini qorumağa və ömrünü uzatmağa kömək edəcəkdir.

 

Daha çox paltaryuma məsləhətləri üçün məlumat kitabçamıza baxaraq, paltaryuyan maşınınızı düzgün qaydada necə yükləməyi, paltaryuyanınızın nə qədər yük götürə bildiyini, uyğun yuma proqramını necə seçməli olduğunuzu və hansı növ yuyucu vasitədən istifadə etməli olduğunuzu öyrənə bilərsiniz.

Həddindən çox və ya həddindən az yuyucu vasitənin istifadəsi yuma performansını aşağı salır. Yuyucu vasitənin düzgün miqdarı yuyucu vasitə qablaşdırmasında qeyd olunur. Yükün ölçüsünə və yaşadığınız ərazidəki suyun sərtlik dərəcəsinə uyğun olaraq miqdarı artırmalı ola bilərsiniz. Yuyucu vasitə istehsalçısının təlimatlarına əməl edin.

 

Daha çox paltar yuma məsləhətləri üçün hansı növ yuyucu vasitədən istifadə etmək barədə təlimatımıza baxın.

Paltaryuyan maşınınızın normal işləməsi üçün o düz və hamar səthə yerləşdirilməlidir. Cihazı bir tərəfdən digər tərəfə və ya irəli və geri hərəkət etdirməyə çalışın. Əgər çox hərəkət edirsə, döşəməniz və ya cihazınızın ayaqları qeyri-bərabər ola bilər. 

 

Cihazın tarazlılığını yoxlamaq üçün su tərəzisindən istifadə edin. Əgər paltaryuyan maşınınız işlək vəziyyətdə deyilsə, onun ayaqlarındakı bərkidici qaykaları taparaq nizama salın. Onları boşaldın və döşəmə üzərində taraz durana qədər ayaqları saat əqrəbi istiqamətində və ya saat əqrəbinin əksi istiqamətində çevirin. Bütün bərkidici qaykaları əl ilə yenidən bərkidin.

Bu, uşaq kilidinin aktivləşdiyinin göstəricisidir. Kilid aktiv olarkən proqramlara, tempratura, sürətə və ya əlavə funksiyalara dəyişiklik edə bilməzsiz. 

 

Uşaq kilidini söndürmək üçün hər hansı bir proqram işləyərkən birinci və ikinci əlavə funksiya düymələrini eyni anda 3 saniyə sıxmaq lazımdır. Bunu edərkən düymələrdəki işıqlar yanıb-sönəcəkdir. 

 

Kilidi söndürmək üçün heç bir proqram işləmədikdə siz həm də proqramların seçilməsi düyməsini İşə salmaq/Söndürmək vəziyyətinə keçirə bilərsiniz.

 

Uşaq kilidinin aktivləşdirilməsi/deaktivləşdirilməsi proseduru qurutma maşınınızın modelinə görə dəyişə bilər. Yuxarıda təsvir olunan prosedurlar nəticə vermirsə, istifadəçi təlimatınıza müraciət edin. Təlimatınızı tapmaqda çətinlik çəkirsinizsə, məhsulunuzun model nömrəsini istifadə edərək buradan yükləyin.  

Yuma dövrünün daha sonra bitməsini istəyirsinizsə, başlamanın vaxtını uzada və ya seçilmiş proqrama bitmə vaxtını təyin edə bilərsiniz (cihazınızın modelindən asılı olaraq). Elektrik və ya suyun dəyəri günün müəyyən saatlarında daha aşağı olarsa, bu, xüsusilə faydalı olar.

 

Vaxt uzatma proqramını qurmaq üçün paltaryuyan maşınınızı yükləyin və lazım olan əlavə funksiyalarla birlikdə proqramı seçin. Bitmə müddəti / bitmə vaxtını basın (hansı ki, idarəetmə panelinizdə mövcuddur). Artıq yuma prosesinin bitməsini istədiyiniz zaman qura və paltaryuyan maşınınızı həmişəki kimi işə sala bilərsiniz. Cihazı söndürüb və yenidən işə salaraq vaxtı uzatma funksiyasını ləğv edə bilərsiniz.

 

Panellərində vaxt uzatmasını Başlat düymələri olan Beko paltaryuyan maşınları üçün proqramın başlaması zamanı qura bilərsiniz. Paltaryuyan maşınınızı yükləyin və proqramı və əlavə funksiyaları həmişəki kimi seçin. Vaxt uzatmasını Başlat düyməsini basaraq başlama vaxtını təyin edin (və ya varsa, Vaxt uzatmasını Başlat + və ya - düymələri). İndi paltaryuyan maşınınızı başlada bilərsiniz. Geri sayımı ləğv etmək və dərhal yumaya başlatmaq istəyirsinizsə, başla düyməsini basın və 0-a çatana qədər qalan vaxtı azaldın. Başlat düyməsini yenidən basmaq həmişəki kimi proqramı yenidən başladacaq.

 

Paneldə 3, 6 və 9 rəqəmləri olan vaxt uzatma düymələri varsa, bu, yuma prosesinin başlaması üçün istədiyiniz vaxtı təyin edə bilməyiniz anlamına gəlir. Düyməyə bir dəfə basıldığında 3 saatlıq vaxt uzatması seçilir. Eyni düyməni yenidən bassanız, 6 saat vaxt uzatması seçilir. Daha bir dəfə də basılsa, proqram 9 saatdan sonra işə başlayacaq. Vaxtı Gecikdirmə düyməsinə bir dəfə daha basılsa, gecikmə funksiyası ləğv ediləcəkdir. Vaxt uzatmanı seçdikdən sonra başla düyməsini basa bilərsiniz və proqram müəyyən ləngimədən sonra işə başlayacaq.

 

Yuxarıdakı təsvirlər paltaryuyan maşınınız üçün uyğun deyilsə, istifadəçi təlimatına müraciət edin. Təlimatınızı tapmaqda çətinlik çəkirsinizsə, məhsulunuzun model nömrəsini istifadə edərək buradan yükləyin.

 

 Paltaryuyan maşınlarla bağlı daha çox məsləhət üçün Beko paltaryuyan maşın proqramları və xüsusiyyətləri barədə təlimatımıza keçin.

Xeyr. Beko paltaryuyan maşınlarında reversiv qapılar yoxdur. Ancaq Beko camaşır qurutma maşınlarının qapıları reversivdir, beləki, bu yan-yana maşınları olan camaşır yerlərinin bir-birindən aralı açılan qapılardan faydalana bilməsi üçündür. 

Paltaryuyan maşınınızı su sistemi olan istənilən yerdə yerləşdirə bilərsiniz. Temperatur sıfırdan aşağı düşməzsə, qarajda paltaryuyan maşından istifadə etmək tamamilə normaldır.

general-cta-image

We're here for you!

Whether you need product advice, went to purchase accessories or simply want to give feedback - we're here for you.

(888) 352-2356 Monday through Friday 8 a.m. - 5:30 p.m. CST

Need more support?

Find FAQ's, video guides, articles and more.

Beko