Paltaryuyan maşınınızın düzgün durulamamasının bir neçə səbəbi var. Nəticədə yuyulmuş paltarlarda ağ ləkələr görə bilərsiniz və ya yuyucu vasitələr tam yuylmamış ola bilər. Xahiş edirik, aşağıdakılardan birinin bu problemi həll edib-etməyəcəyinə nəzər salın.
Cihazınızı həddindən artıq yükləməyin
Paltaryuyan maşınlar müxtəlif yükləmə tutumuna malikdir. Cihazınız həddindən artıq yüklənmişsə, yuyucu vasitələr paltarınızın qırışları arasında qala və tamamilə həll olunmaya bilər. Xahiş edirik proqramlar və onların camaşır tutumu haqqında istifadəçi təlimatınıza baxın. Təlimatınızı tapmaqda çətinlik çəkirsinizsə, məhsulunuzun model nömrəsini istifadə edərək buradan yükləyin.
Daha çox paltaryuma məsləhətləri üçün paltaryuyan maşınınızı necə düzgün şəkildə yükləmək və paltaryuyan maşınınızı nə qədər yükləyə biləcəyiniz barədə təlimatlarımıza baxın.
Yuyucu vasitədən çox istifadə etməyin
Cihazınız üçün həddindən çox yuyucu vasitə və ya uyğun olmayan yuyucu vasitə növündən istifadə etmiş ola bilərsiniz. Paltaryuyan maşınınız üçün uyğun növ olub-olmadığını öyrənmək üçün yuyucu vasitənin qablaşdırmasında olan təlimatları oxuyun. Tövsiyə olunan dozadan artıq istifadə etmədiyinizə əmin olun.
Yuyucu vasitənin uyğun bölməyə əlavə olunduğundan əmin olun
Yuyucu vasitələr üçün olan hissə üç bölmədən ibarətdir, onlardan ikisi yuyucu və biri isə yumşaldıcı vasitələr üçün nəzərdə tutulub.
“I” etiketli bölmə ilkin yuma, digər “II”etiketli bölmə isə əsas yuma üçün müəyyən olunub. Ortadakı bölmə yumşaldıcı vasitələr üçün nəzərdə tutulub. Yuyucu vasitəni düzgün bölməyə əlavə etdiyinizdən əmin olun.
Yalnız ilkin yuma dövrü olan proqramdan istifadə edirsinizsə, yuyucu vasitəni ilk bölməyə əlavə etdiyinizdən əmin olun. Əks təqdirdə, paltaryuyan maşınınız yalnız yuyucu vasitənin yarısını yuyub aparacaq. Qalan miqdar daha sonra durulama zamanı barabana atıla bilər. Bu zaman yuyucu vasitə tam həll olmayacaq və ləkələrin yaranmasına səbəb olacaq.
Drenaj şlanqının əyilmədiyindən və ya tıxanmadığından əmin olun
Maşınınız və kanalizasiya arasındakı şlanq əyilməməli və ya tıxanmamalıdır. Əgər şlanq suyu tam şəkildə axıda bilmirsə, camaşırlarınızın üzərində yuyucu vasitə qalıqları qala bilər. Şlanqı yoxlayın və əgər lazım gələrsə, tıxacları təmizləyin və ya boruları düzəldin.
Nasos filterinin çirkli və ya tutulmadığından əmin olun.
Ən çox ehtimal olunan səbəb tıxanan nasos filteridir. Nasos filteri hər üç aydan bir və ya tıxandığı zaman təmizlənməlidir. Bu filter düymə və ya qəpik kimi kənar əşyaların tutulması və bu maddələrin drenaj borusuna daxil olmasının qarşısını almaq üçün quraşdırılır. Bu paltaryuyan maşın sağ alt küncündə yerləşir.
Filteri çıxarmaq üçün qapağı açaraq nasos filterini təmizləyin. Paltaryuyan maşınların bəzi modellərində filterin içərisində suyun boşaldılması üçün qapağın arxa tərəfində kiçik bir şlanq olur. Digərlərində isə filter çıxarıldıqda su boşaldılır. Hər iki halda bir qabın və ya bir neçə dəsmalın filterin altına qoyulması daha yaxşıdır.
Əgər şlanq görürsünüzsə, onu çıxarın və bütün suyun axmasını gözləyin. Əks təqdirdə, filteri saat əqrəbinin əksi istiqamətində çevirin və çəkin. Bunu etdiyiniz zaman su axmalıdır. Çirkləri, saçları və ya kənar əşyaları filterdən çıxarın. Sonra kran altında yaxalayın.
Filter boşluğunda çirk, qəpik və ya düymə kimi əşyaların ilişib qalmadığını yoxlayın. Nəmli bez ilə silin. Nəhayət, filteri saat əqrəbi istiqamətində çevirərək əvvəlki yerinə yerləşdirin və bağlayın və qoruyucu qapağı yerinə qoyun.
Su təzyiqini yoxlayın
Paltaryuyan maşınınızın yuyucu vasitəni qabdan tamamilə yuyub aparması üçün kifayət qədər su təzyiqinə ehtiyac var. Su təzyiqini ya su xəttinə birləşdirilmiş təzyiq göstəricisinə baxaraq, ya da paltaryuyan maşınınızın arxasındakı klapana təzyiq göstəricisini bağlayaraq yoxlayın.
Beko paltaryuyan maşınınızın işləməsi üçün tələb olunan su təchizatı təzyiqi 1 ilə 10 bar arasındadır (0.1 – 1 MPa). Təzyiq bundan aşağı olarsa, su borularında tıxanma və ya sızma yarana bilər. Bu vəziyyətdə, su şəbəkəsi klapanını bağlayın və sertifikatlı sanitar-texnik ilə əlaqə saxlayın.