Titrəmə və ya hərəkət etmə yuma performansına təsir edir və hətta cihazınıza zərər verə bilər. Xahiş edirik, aşağıdakılardan birinin bu problemi həll edib-etməyəcəyinə nəzər salın.
Quraşdırma zamanı nəqliyyat boltlarının və qoruyucu Penoplastın çıxarıldığından əmin olun
Quraşdırıldıqdan sonra maşınınızı ilk dəfəistifadə edirsinizsə, nəqliyyat boltlarının və qoruyucu Penoplastın çıxarıldığından əmin olun.
Nəqliyyat boltları, daşınma zamanı zədələnmədən qorunmaq üçün barabanı yerində saxlayır. Bunlar maşının arxasında yerləşir və sadəcə onları dartmaqla çıxarıla bilər.
Penoplast cihazın altında yerləşir. Maşının altından qabağa doğru yapışqan lent zolağının gəldiyini görəcəksiniz. Penoplastı çıxartmaq üçün bu lenti dartın.
Cihazın tarazlılığını yoxlayın
Paltaryuyan maşınınızın normal işləməsi üçün ayaqlarının səviyyəsində və taraz olması lazımdır. Tarazlılığı olmayan cihaz işləyərkən titrəyəcək və vibrasiya verəcəkdir. Cihazı bir tərəfdən digər tərəfə və ya irəli və geri hərəkət etdirməyə çalışın. Əgər çox hərəkət edirsə, döşəməniz və ya cihazınızın ayaqları qeyri-bərabər ola bilər.
Cihazın tarazlılığını yoxlamaq üçün su tərəzisindən istifadə edin. Əgər quruducu maşınınız işlək vəziyyətdə deyilsə, onun ayaqlarındakı bərkidici qaykaları taparaq nizama salın. Onları boşaldın və döşəmə üzərində taraz durana qədər ayaqları saat əqrəbi istiqamətində və ya saat əqrəbinin əksi istiqamətində çevirin. Bütün bərkidici qaykaları əl ilə yenidən bərkidin.
Yükün bərabər paylandığından əmin olun
Barabanın içərisindəki yük qeyri-bərabər paylandığı təqdirdə, paltaryuyan maşınınız işləyərkən titrəyə və ya vibrasiya verə bilər. Bu vəziyyətə ümumiyyətlə, xalça və yorğan kimi hopduran əşyalar səbəb olur. Taraz olmayan yüklərin qarşısını almaq üçün yorğan kimi həcmli əşyaları, ən azı başqa böyük dəsmal və ya başqa yorğan kimi ağır əşya iləyuyun.
Nasos filterinin çirkli və ya tıxanıq olub-olmamasına baxın
Nasos filterinin içərisinə ilişib qalmış bir şey titrəməyə səbəb ola bilər. Bu filter düymələr və ya qəpiklər kimi kənar əşyaları tutmaq və bu əşyaların drenaj şlanqına girməməsi üçün quraşdırılıb. O, paltaryuyan maşınınızın sağ aşağı küncündə yerləşir.
Nasos filterini təmizləmək üçün qapağı açaraq filteri çıxarın. Bəzi paltaryuyan maşın modellərində filter içərisindəki suyu boşaltmaq üçün qapağın arxasında kiçik şlanq olur. Digərləri sadəcə filter çıxarıldıqda suyu boşaldırlar. Hər iki halda bir qabın və ya bir neçə dəsmalın filterin altına qoyulması daha yaxşıdır.
Əgər şlanq görürsünüzsə, onu dartaraq çıxarın və bütün suyun axmasını gözləyin. Əks təqdirdə, filteri saat əqrəbinin əksi istiqamətində çevirin və onu çıxarın. Çirkləri, saçları və ya kənar əşyaları filterdən çıxarın. Sonra kranın altında yaxalayın.
Filter boşluğunda çirk, qəpik və ya düymələr kimi əşyaların ilişib qalmadığını yoxlayın. Nəmli bez ilə silin. Nəhayət, filteri saat əqrəbi istiqamətində çevirərək əvvəlki yerinə yerləşdirin və bağlayın və qoruyucu qapağı yerinə qoyun.