Everything you need to know about

Paltaryuyan maşın

FAQ's

Proqram seçim düyməsini döndərərkən birinci və ikinci əlavə funksiya düymələri üç dəfə yanıb-sönürsə, uşaq kilidi aktivləşdirilir. Kilid aktiv olarkən proqramlara, tempratura, sürətə və ya əlavə funksiyalara dəyişiklik edə bilməzsiz. 

 

Uşaq kilidini söndürmək üçün hər hansı bir proqram işləyərkən birinci və ikinci əlavə funksiya düymələrini eyni anda 3 saniyə sıxmaq lazımdır. Bunu edərkən düymələrdəki işıqlar yanıb-sönəcəkdir. 

 

Kilidi deaktiv etmək üçün heç bir proqram işləmədikdə, proqram seçim düyməsini Açma / Söndürmə vəziyyətinə keçirə bilərsiniz. 

 

Uşaq kilidini aktivləşdirmək və ya ləğv etmək modelinizə görə dəyişə bilər. Yuxarıdakı düymə konfiqurasiyaları işləmirsə, istifadəçi təlimatınıza müraciət edin. Təlimatınızı tapmaqda çətinlik çəkirsinizsə, məhsulunuzun model nömrəsini istifadə edərək buradan yükləyin.  

Baraban fırlanan zaman paltaryuyan maşınınızın mühərriki uğultu və ya fırlanma səsi çıxara bilər. Bu səsləri yalnız suyu boşaldarkən eşitsəniz, drenaj şlanqında problem ola bilər. 

 

Drenaj şlanqı barabandan suyu təmizləyir. O, əyilmiş və ya tutulmuş olmamalıdır. O əyilməməli və ya tıxanmamalıdır.

 

Cihazınız səs çıxararkən normal işləmirsə, səlahiyyətli xidmət şirkətinə müraciət edin. 

Əgər səs ritmikdirsə, bunun səbəbi camaşırların balanslı şəkildə doldurulmaması və ya barabana yad cismin düşməsi ola bilər. Əgər səbəbin bu olmasını aşkar etsəniz, maşının işini dayandırın və içəridəki suyu boşaldın. Yad cismləri çıxarın, yaxud maşının tutumundan artıq olmamaq şərtilə, dəsmal və digər camaşır əlavə edərək, yükü balanslaşdırmağa çalışın. 

 

Bu səsin digər səbəbi cihazın arxasındakı şlanqın divara və ya şkafa dəyməsi ola bilər. Şlanqın təhlükəsiz şəkildə yerində olmasını və maşının yerini dəyişməməsini yoxlamaq lazımdır. 

 

Son olaraq, maşının düz və ayaqları üzərində tarazlaşdırılmış şəkildə dayanmasına əmin olmaq lazımdır. Paltaryuyan maşınınızı o tərf bu tərəfə, irəli və ya geri hərəkət elətdirin. Əgər çox hərəkət edirsə, döşəməniz və ya cihazınızın ayaqları qeyri-bərabər ola bilər.

 

Cihazın tarazlılığını yoxlamaq üçün su tərəzisindən istifadə edin. Əgər cihazınız işlək vəziyyətdə deyilsə, onun iki ön ayağını taparaq nizama salın. Döşəmə üzərində taraz durana qədər ayaqları saat əqrəbi istiqamətində və ya saat əqrəbinin əksi istiqamətində çevirin.

 

Bu səsləri çıxararkən cihazınız normal işləmirsə, səlahiyyətli xidmət şirkətinə müracət edin.

Cihazınız barabanda qalan suyu boşaldarkən bu səsləri çıxarması normaldır. Bu suyun hamısı kənarlaşdırıldıqdan sonra dayanacaq.

 

Bu səsləri çıxararkən cihazınız normal işləmirsə, səlahiyyətli xidmət şirkətinə müracət edin.

Səs ritmikdirsə, səbəb qeyri-bərabər yük və ya barabandakı yad bir cisim ola bilər. Əgər səbəbin bu olmasını aşkar etsəniz, maşının işini dayandırın və içəridəki suyu boşaldın. Cihazın yük tutumu gücünü aşmadan yuyulacaq paltarları tarazlaşdırmaq üçün yad cisimləri çıxarın və ya dəsmal kimi digər əşyaları əlavə edin.

 

Bu səsin digər səbəbi cihazın arxasındakı şlanqın divara və ya şkafa dəyməsi ola bilər. Şlanqın təhlükəsiz şəkildə yerində olmasını və maşının yerini dəyişməməsini yoxlamaq lazımdır. 

 

Son olaraq, maşının düz və ayaqları üzərində tarazlaşdırılmış şəkildə dayanmasına əmin olmaq lazımdır. Paltaryuyan maşınınızı o tərf bu tərəfə, irəli və ya geri hərəkət elətdirin. Əgər çox hərəkət edirsə, döşəməniz və ya cihazınızın ayaqları qeyri-bərabər ola bilər.

 

Cihazın tarazlılığını yoxlamaq üçün su tərəzisindən istifadə edin. Əgər cihazınız işlək vəziyyətdə deyilsə, onun iki ön ayağını taparaq nizama salın. Döşəmə üzərində taraz durana qədər ayaqları saat əqrəbi istiqamətində və ya saat əqrəbinin əksi istiqamətində çevirin.

 

Bu səsləri çıxararkən cihazınız normal işləmirsə, səlahiyyətli xidmət şirkətinə müracət edin.

Cihazınızın su ilə dolarkən bu səsləri çıxarması normaldır. Bu bir müddət sonra dayanacaq. 

 

Bu səsləri çıxararkən cihazınız normal işləmirsə, səlahiyyətli xidmət şirkətinə müracət edin.

Paltaryuyan maşın camaşırları qarışdırmadan fırlatmağa keçmək kimi bir mərhələdən digərinə keçdikdə səs-küy eşidilməsi normaldır. Bu vəziyyətdə cingilti səsi normaldır və bu nasazlıq demək deyil. 

 

Səs ritmikdirsə, buna ağır bir şey və ya barabanın içərisindəki yad bir cisim səbəb ola bilər. Bundan şübhələnirsinizsə, maşını dayandırın və obyekti yerindən çıxarmaq üçün içindəki suyu boşaldın. 

 

Bu səsləri çıxararkən cihazınız normal işləmirsə, səlahiyyətli xidmət şirkətinə müracət edin.

Maşınınızdan yuma zamanı səs çıxması normaldır. 

 

Səslərin çox yüksək və ya qeyri-adi olduğunu hiss edirsinizsə və ya cihaz səs çıxarkən normal işləmirsə, səlahiyyətli xidmət şirkətinə müraciət edin.

general-cta-image

We're here for you!

Whether you need product advice, went to purchase accessories or simply want to give feedback - we're here for you.

(888) 352-2356 Monday through Friday 8 a.m. - 5:30 p.m. CST

Need more support?

Find FAQ's, video guides, articles and more.

Beko