Paltaryuyan maşınınızın yuyucu vasitə qabında qara, bərkimiş qalıqlar görürsünüzsə, demək, yuyucu vasitə qalıqları qara kif əmələ gətirib. Bunun baş verməsinin bir neçə səbəbi var. Xahiş edirik, aşağıdakılardan birinin bu problemi həll edib-etməyəcəyinə nəzər salın.
Yuyucu vasitə qabının nəm olub-olmadığını yoxlayın
Yuyucu vasitəni əlavə etdiyiniz zaman yuyucu vasitə qabı islanmış ola bilər. Yuyucu vasitə qabını doldurmazdan əvvəl onu yaxşıca qurulayın.
Yuyucu vasitənin nəm olub-olmadığını yoxlayın
Yuyucu vasitə özü nəm ola bilər. Yuyucu vasitəni nəmsiz və yüksək temperaturdan uzaq, qapalı bir qabda saxlayın.
Su təzyiqini yoxlayın
Paltaryuyan maşının, yuyucu vasitəni onun qabından yuyub aparması üçün kifayət qədər su təzyiqi olmalıdır. Su təzyiqini ya su xəttinə bağlana bilən təzyiq göstəricisinə baxaraq, ya da paltaryuyan maşınınızın arxasındakı klapana təzyiq göstəricisini bağlayaraq yoxlayın.
Beko paltaryuyan maşınınızın işləməsi üçün tələb olunan su təchizatı təzyiqi 1 - 10 bar arasındadır (0,1 - 1 MPa). Təzyiq bundan aşağı olarsa, su borularında tıxanma ola bilər və yaxud su borusunda sızma yarana bilər. Bu vəziyyətdə, su kranını bağlayın və bu iş üzrə sertifikatı olan bir su kəməri işçisi ilə əlaqə saxlayın.
Yuyucu vasitə qabının tıxanıb-tıxanmadığını yoxlayın
Cihazınızın yuyucu vasitə qabı müxtəlif təmizləyici məhsullar üçün bölmələrə bölünmüşdür.
Əsas yuyucu vasitə bölmələri ya “yuyucu vasitə” və ya “II” adı ilə etiketlidir. Qalan bölmələr ilkin yuma üçün ("ilkin yuma" və ya "I" etiketli) və yumşaldıcı üçün ("yumşaldıcı" və ya simvol ilə etiketlənmişdir).
Əsas yuma bölməsində qara qalıq varsa, əvvəlcədən yuyulma suyu qəbul edilərkən daxili yuyucu vasitə islanmış ola bilər. Maşını söndürün, yuyucu vasitə qabını çıxarın və dəliklərini yoxlayın. Tıxanıqlılıq varsa, onları təmizləyin.
Yuyucu vasitə qabındakı qapaqların düzgün bağlanıb-bağlanmadığını yoxlayın.
Yuyucu vasitə qabının klapanları düzgün bağlanmaya bilər. Paltaryuyan maşını istifadə etdikdən sonra onu söndürün və yuyucu vasitə qabını çıxarın. Yuyucu vasitə qabının dəliyinin içərisində su damlayırsa, onu silin və bir müddətdən sonra yenidən yoxlayın.
Yuyucu vasitə qabının dəliyinin içərisində su damlayırsa, onu silin və bir müddətdən sonra yenidən yoxlayın .
Yumşaldıcı və yuyucu vasitənin qarışmadığından əmin olun.
Yumşaldıcı yuyucu vasitə ilə qarışdıqda qalıq əmələ gələ bilər. Belə vəziyyətin yarandığından şübhələnirsinizsə, yuyucu vasitə qabını ilıq su ilə yuyun və təmizləyin. Yuyucu vaitə və yumşaldıcıları öz bölmələrinə tökdüyünüzdən əmin olun.
Həddən çox yuyucu vasitədən istifadə etməyin
Lazım olduğundan daha çox yuyucu vasitə istifadə edə bilərsiniz. Yuyucu vasitənin qablaşdırmasındakı təlimatları izləyin və yalnız tövsiyə olunan miqdarda istifadə edin.
Barabanın içərisinə tablet yuyucu maddə qoyduğunuzdan əmin olun
Tablet yuyucu vasitədən istifadə edirsinizsə, camaşırlarla birlikdə birbaşa barabanın içinə qoymağı unutmayın. Yuyucu vasitə qabına qoyulduğu halda, tabletlər burada qalıq yarada bilər.
Nəhayət, bu ümumi bir təmizlik problemi ola bilər. Paltaryuyan maşınınızı mütəmadi olaraq təmizləməyi vərdiş etməklə bu problemi aradan qaldırmaq olar.