Camaşır qurutma maşınları haqqında bir çox yanlış məlumatlar var. Bu, "saxta xəbərlər" kimi dramatik olmasa da söhbət bütün cihazlarınızdan getdikdə nəyin reallıq və nəyin uydurma olduğunu anlamaq lazımdır. Bu paraqrafda camaşır qurutma maşınları haqqında ən çox yayılmış 5 mif haqqında məlumat veriləcəkdir.
Mif #1: "Hər istifadədən sonra tiftik filterini təmizləməyə ehtiyac yoxdur”
Yaxşı, əgər zəifləmiş qurutma performansı, artan enerji sərfiyyatı və paltarlarınızın hər yerində tiftiklərin olması sizi narahat etmirsə, bu zaman, əlbəttə ki, tiftikli filteri olduğu yerdə təmizləmədən saxlaya bilərsiniz. Lakin, bütün istehsalçılar hər yükləmədən sonra tiftik filterini təmizləməyi məsləhət görürlər. Bu tez və asandır, buna görə də bu vərdişə sahib olmaq uzun müddətliyinə vaxtınıza və pulunuza qənaət edəcəkdir.
Mif #2: "Quruducunu həddindən artıq yükləyə bilməzsiniz”
Əlbəttə edə bilərsiniz. Əslində, camaşır qurutma maşınınız üçün düzgün seçilmiş yük ən yaxşı performansı əldə etmək üçün əsasdır. Hava axını effektiv qurutma üçün əsasdır, buna görə də, əgər barabanınızı tam doldurursanız, qurutma performansı ciddi şəkildə azalacaq. Yalnız bu deyil, həm də həddindən artıq yüklənmələr termostat və kəmərin sıradan çıxmasına səbəb ola bilər. Barabanınızı yarıdan bir az daha çox doldurmaq maşının daha uzun müddətli olması üçün ən yaxşı göstəricisidir.
Mif #3: "Bütün paltarlar daralır!”
Xeyr, bu belə deyil. Paltarın üzərindəki baxım etiketində qeyd edilən göstərişləri oxumaq sizə qurutma maşınından istifadənin təhlükəsiz olub-olmadığını və hansı parametrlərdə qurudulmalı olduğunu izah edəcəkdir. Daha zərif əşyalar üçün camaşır qurutma maşınınızdakı materiala aid proqramlar və xüsusiyyətlərə diqqət yetirin.
Mif #4: "Camaşır qurutma maşınları corabları yeyir”
Corab canavarı harada yaşasa da onun yaşadığı yer sizin camaşır qurutma maşınınız deyil. Corablarınızın yoxa çıxdığını düşünürsünüzsə, çox güman ki, onlar baraban və camaşır səbətinizin arasında yerə düşmə ehtimalları çoxdur. Cihazın altını və yan tərəfləri yoxlayın. Eyni şey paltaryuyan maşınınıza da aiddir.
Mif #5: "Parça yumşaldıcı vasitələr yanğına səbəb olur”
Parça yumşaldıcı vasitələr yanğına səbəb olmayacaq, lakin pis qulluq və istismar bunlara səbəb ola bilər. Sizi həyəcanlandırmaq istəmirik, amma lazımi qaydada istifadə olunmadığı və qulluq edilmədiyi təqdirdə camaşır qurutma maşınında yanğın baş verə bilər.
Hər yükləmədən sonra tiftik filterinin təmizlənməsi, havalandırma kanallarına maneəsiz girişin təmin edilməsi, həmçinin cihazın ümumi təmizliyi və texniki xidməti bu riski, demək olar ki, sıfıra endirməyə kömək edəcək.