Bir cihaz olaraq, sizin paltar qurutma maşınınız bir az möcüzəvi funksiyaya malik iş görür və paltarları havada qurutmağa sərf etdiyiniz vaxta qənaət edərək sizə quru paltarlar verir. Qurumağa ehtiyacı olan istənilən əşyanızı barabana ata bilərsiniz, lakin paltar qurutma maşınına yaxın belə gəlməyəcək, yəni onun içərisinə qoya bilməyəcəyiniz bəzi əşyalar vardır. Paltar qurutma maşınınızın içərisinə heç vaxt qoymayacağınız əşyalar aşağıdakılardır.
Dəri və ya süni dəridən olan paltarlar
Yağışda islansanız, dəri (və ya süni dəri) gödəkçənizi paltar qurutma maşınına atmaq istəyə bilərsiniz... lakin bunu etməyin! İstilik həmin dəri gödəkçənizi quruda, dərini çatlada və paltarın formasını poza bilər. Bunun üçün açıq havada qurutma yolundan istifadə edin.
İpək paltarlar
Bu dəbdəbəli materialın ən incə qayğıya ehtiyacı var. Qurutma maşınının istiliyi belə növ paltarlarda açılması,demək olar ki, mümkün olmayan qırışlar yarada bilər. Düz bir səth üzərində açıq havada qurutma bu material üçün ən yaxşı yoldur.
Corab
Nəinki yüngül fabrik istehsalı olan parçalar dolaşacaq, həmçinin onlar qurutma maşınında sıxılmayacaq və istilik corablarınızdakı istənilən elastikliyi pozacaq və bu da öz növbəsində daralmaya səbəb olacaq.
Zamşa
Bəzən də temperamentli fabrik istehsalı olan parçalar və zamşa paltaryuyan maşınlardan uzaq tutulmalıdır. Zamşa əşyalarınızı təmizləməyə gəldikdə isə həmişə baxım etiketinə baxın.
(Bəzi) yun paltarlar
Yun paltarlar temperamentli fabrik istehsalı ola bilər, bəzi paltarları paltaryuyan maşına və paltar qurutma maşına atmaq təhlükəsizdir, digər növ paltarları isə yalnız əllə yumaq və havada qurutmaq lazımdır. Yun paltarlarlardakı baxım etiketlərini daima diqqətlə oxuyun, çünki qurutma maşınında baş verən bir fırlanma hərəkəti onların bərpa olunmaz dərəcədə büzülməsinə səbəb ola bilər.
Xəzdən və süni xəzdən olan paltarlar
İstər xəzdən, istərsə də süni xəzdən hazırlanan paltarlarlar olsun, qurutma maşınının istiliyi xəz geyimlərinin korlanmasına səbəb olacaq. Onları qurutmağın ən yaxşı yolu açıq havada qurutmaqdır.
Üzərində metal və ya muncuq olan geyimlər
Üzərində metal və ya muncuq olan geyimlər mütləq qurutma maşınından uzaq saxlanmalıdır, yəni onun içinə qoyulmamalıdır. Nəinki bu kiçik bəzəklər digər əşyalara zərər yetirə bilər, həmçinin bu muncuq və metallar istidən korlana və ya məhv ola bilər.
Yürüş ayaqqabıları
İdman ayaqqabılarını aşağı temperaturda olan paltaryuyan maşına atmaq yaxşı üsul olduğu halda, onları paltar qurutma maşınından uzaq saxlamağınız ən yaxşısıdır. İstilik idman ayaqqabılarınızın rezin altlıqlarını büzüşdürə və onların formalarını poza bilər.
Buzqalter
Buzqalter paltar yuyan maşınla yuya bilsəniz də, onları qurutma maşınına qoymaqdansa, havada qurutmaq daha yaxşı fikirdir. Quruducunun istiliyi buzqalterin formasını dəyişdirəcək və istənilən halda onun elastikliyini korlayacaq.
Çimərlik Paltarı
Bikini, çimərlik paltarları, üzgüçülük paltarları və s. bütün bunların hamısını havada qurutmaq ən yaxşı yoldur, çünki qurutma maşınından gələn istilik onların liflərini korlayacaqdır.
Kauçuk əsaslı paspaslar
Bu vanna otağı paspasının mütəmadi olaraq təmizlənməyə ehtiyacı var, ancaq qurutmaq üçün onu dəsmal rəfi bölməsinə qoyun. Qurutma maşınınıza kauçuk əsaslı xalça və ya paspas atsanız, istilik kauçukun dağılmasına və ya əriməsinə səbəb olacaq və maşının daxilində əsl qarışıqlıq yaradacaqdır.
Yataq otağı tərlikləri
Eynilə kauçuk əsaslı paspaslarda olduğu kimi, qurutma maşınından gələn istilik incə, rahat tərliklərinizin üzərindəki bəzəklərə və onun altlıqlarına zərər verəcəkdir. Beləliklə, tərliklərinizin yuyulmağa ehtiyacı varsa, onları yuduqdan sonra havada qurutmağa çalışın.
Əl çantaları və bel çantaları
Əl çantaları və bel çantalarınız zaman-zaman yaxşı təmizliyə ehtiyac duysa da, onları mütləq havada qurutmağınız ən yaxşısıdır. Qurutma maşınından gələn istilik çantanızın formasını korlaya və hətta istənilən sintetik lifləri əridə bilər.
Çirkli paltarları yumağa gəldikdə isə, paltarınızdakı baxım etiketi paltarınızı necə yuyub qurudacağınıza qərar verməyiniz üçün ən yaxşı vasitədir. Daha çox qurutma üçün ipucu axtarırsınızsa, camaşır qurutma maşınınızı necə quraşdırmaq barədə təlimatımıza keçin.