Camaşır qurutma maşınından yenicə çıxan isti paltarlar gerçəkdə olduğundan daha nəm hiss edilə bilər. Əgər paltarlar soyuduqdan sonra hələ də nəmdirsə, aşağıdakılardan birinin bu problemi həll edib-etməyəcəyinə nəzər salın.
Müvafiq proqramı istifadə etdiyinizə əmin olun
Seçilmiş proqram camaşır qurutma maşınına yüklənmiş paltar növü üçün uyğun olmaya bilər. Ən uyğun proqram üçün paltarlarınızdakı baxım etiketlərini və istifadəçi təlimatınızı gözdən keçirin. Lazım gələrsə əlavə funksiyalar seçin.
Yuxarıda təsvir olunan prosedurlar nəticə vermirsə, istifadəçi təlimatınıza müraciət edin. Təlimatınızı tapmaqda çətinlik çəkirsinizsə, məhsulunuzun model nömrəsini istifadə edərək buradan yükləyin.
Tiftik filterinin çirkli və ya tıxanıq olub-olmamasına baxın
Tiftik filteri tıxanıbsa, camaşır qurutma maşınınız paltarları tam quruda bilməyəcəkdir. Tiftik filteri tükləri və lifləri paltarlardan toplayır və hər qurutma dövrəsindən sonra təmizlənməsi lazımdır. Tiftik filteri qapının kənarında yerləşir.
Tiftik filterini təmizləmək üçün qapını açın və tiftik filterini yuxarıya çəkərək çıxardın. Ekranda yığılmış tükləri əllə və ya yumşaq bir bez ilə silin. Filter çox tıxanıbsa, ilıq su ilə kranın altında yuyun.
Filteri yenidən quraşdırmazdan əvvəl tamamilə qurudun. Filteri təkrar yerinə yerləşdirmədən əvvəl, həmin sahəyə də tüklər toplaşa biləcəyindən oranı da silin.
Filter siyirməsinin və ya kondensatorun çirkli və ya tıxanıq olub-olmamasına nəzarət edin
İstilik nasosu və kondensator quruducuları, filter qapağının arxasında əlavə bir filterə malikdir. Bu parça istilik nasosu quruducularında bir filter siyirməsi və kondensator camaşır qurutma maşınlarında bir kondensator filteri adlanır.
Tıxanmış filter siyirməsi və ya kondensator daha uzun qurutma müddətinə səbəb ola bilər. Bu filterlər tük filterindən keçən tükləri və lifləri tutur. Onlar vaxtaşırı və ya filter siyirməsinin təmizlənməsi üçün xəbərdarlıq işarəsi (mövcuddursa) yandıqda təmizlənilməlidirlər.
Filter siyirməsini və ya kondensator filterini təmizləmək üçün filter qapağını açın və kilidləri açaraq parçanı yerindən çıxarın. Filter siyirməsi qırmızı düyməni basaraq da açıla bilər.
Filter ekranlarına yığılmış tükləri əllə və ya yumşaq bir bez ilə silin. Siz həmçinin, aşağı sorma gücündə olan tozsoranınızdan da istifadə edə bilərsiniz. Son olaraq, ekranlar arasında incə bir süngər parçası var. Süngəri çıxarın və ilıq su ilə kranın altında yuyun.
Digər tərəfdən, kondenser filteri təzyiqli su ilə daha yaxşı təmizlənir. Duş başlığının altında bir neçə dəqiqə saxlayın. Suyu hər tərəfdən axıtmağa və tükü çıxartmağa çalışın.
Yenidən yerinə quraşdırmadan əvvəl bütün parçaların tamamilə qurumasını gözləyin. Filter siyirməsini və ya kondensatoru yerinə qoyun və qıfılları bağlayın. Sonda, filter qapağını bağlayın.
Cihazı həddindən artıq yükləməyin
Camaşır qurutma maşınları müxtəlif yük götürmə qabiliyyətindədir. Cihazın həddindən artıq yüklənməsi performansa təsir edəcək və camaşırların tamamilə qurumasının qarşısını ala bilər. Yaranmış problemə maşının həddən artıq yüklənməsinin səbəb olduğundan şübhələnirsinizsə, cihazı daha yüngül bir yüklə işlədin.
Zəhmət olmasa, proqramlar və onların paltar yuma tutumu üçün istifadəçi təlimatınıza baxın. Təlimatınızı tapmaqda çətinlik çəkirsinizsə, məhsulunuzun model nömrəsini istifadə edərək buradan yükləyin.