Müqayisənizi silmək istədiyinizə əminsiniz?
Davam edin

4 Min oxuyun

Su təchizatı ilə təmin olunmuş və ya çənli Beko suyuducunuzu necə quraşdırmaq lazımdır?

Su təchizatı ilə təmin olunmuş və ya çənli Beko suyuducunuzu necə quraşdırmaq lazımdır?
Su təchizatı ilə təmin olunmuş və ya çənli Beko suyuducunuzu necə quraşdırmaq lazımdır?

 

 

Sizə lazım olanlar

 

Alətlər: 

Qayka açarı, vintaçan

 

Bağlantılar:

Mərkəzləşdirilmiş su çəni, su kəməri və su kanistri

 

Hissələr və aksesuarlar:

Su təchizatı şlanqı, su filteri, bərkidicilər (su təchizatlı modellər üçün)

 

Çətinlik dərəcəsi:

Su təchizatsız modellər: 1/5

Su təchizatlı modellər: 4/5

 

Təxmini. vaxt:

Su təchizatsız modellər üçün 15 dəq

Su təchizatlı modellər üçün 45 dəq

 

 

 

Başlamazdan öncə

 

Soyuducunuzun su paylayıcısını istifadə etməzdən əvvəl onun su təchizatlı və ya çənli olduğunu aydınlaşdırmaq lazımdır. Çənli modellərdə qapının içəri hissəsində şüşə və ya plastik su saxlancı mövcuddur. Su təchizatlı modellərin işləməsi üçün onları su təchizatına birləşdirmək lazımdır. 

 

Soyuducu quraşdırma təlimatımızdakı mərhələləri izlədiyiniz təqdirdə,su əlaqələrini birləşdirməklə davam edə bilərsiniz. 

 

 

 

Su təchizatı olmayan su dispenserli soyuducular

 

Soyuducunuzun su təchizatı ilə təmin olunmayıbsa, onun suyun paylanılması üçün çəni olmalıdır. Su çənləri adətən soyuducunun içərisində olur və çıxarıla bilir. Soyuducunuzun su çənini tapmaq üçün istifadəçi təlimatınıza nəzər salın.

 

Çəni çıxarın və istifadə etməzdən əvvəl su kranının altında yaxalayın. Sonra, çəni içməli su ilə doldurun. Soyuducunuz su paylamağa hazır hala gəldikdə, içməzdən əvvəl ən azı 4 və ya 5 dəfə dolduraraq kənara boşaldın. 

 

 

 

Su təchizatlı su dispenserli soyuducular

 

Su təchizaltı soyuducu almısınızsa, o üzərində su şlanqı və əlaqələr üçün bərkidicilərlə gəlməlidir.

 

Su təchizatlı soyuducular su təchizatına birbaşa qoşulmalıdır. Bu evinizin su təchizatı şəbəkəsi və ya kanistr ola bilər. Bəzi modellər həm də xarici su filteri ilə təchiz olunub. Beləliklə, qovşaqları necə quracağınızdan buradan tanış ola bilərsiniz. 

 

 

 

Su şəbəkəsinə qoşulma

 

İlk olaraq su şlanqını cihazınıza birləşdirməlisiniz. Bunu etmək üçün qovşaq hissəni cihazınızın arxasındakı su girişindən çıxarın. 

 

Şlanqı qovşağa keçirin. Şlanqı girişə möhkəm itələyin. 

 

Qovşağı yenidən yerinə itələyin və çevirərək bərkidin. Bunu əlinizlə edə bilərsiniz, həm də açar və ya kəlbətindən istifadə edərək etibarlı olduğundan əmin ola bilərsiniz.

 

Növbəti olaraq, şlanqla su şəbəkəsi arasında əlaqəni qurmalısınız. İlk olaraq, adapteri krana birləşdirin əlaqənin və möhkəm sıxıldığından əmin olun. 

 

İndi şlanq qovşağını adapterdən çıxarın.

 

Su şlanqının ucunu öncədən çıxardığınız şlanq qovşağına keçirin, sonra şlanqı əvvəl adapterə möhkəm sıxaraq qovşağı adapterə vintləyin (cihaza bağladığınız kimi). 

 

Şlanq qısqacını divara yapışdırın, sonra ondan istifadə edərək cihazınızı hərəkət etdirərkən su şlanqının tərpənməməsi, çıxmaması və zədələnməməsi üçün sabitləyin.

 

 

 

Su filterinin quraşdırılması

 

Bəzi modellərlə təchiz olunmuş su filterini də quraşdırmaq istəyə bilərsiniz. Bunu etmək üçün, əlavə olaraq filteri divara quraşdıraraq proseduru yuxarıdakı kimi izləyəcəksiniz.

 

Əvvəlcə, filteri divara bağlaya biləcəyiniz bir yer təyin etməlisiniz. Filterin cihaza quraşdırılmamalı olduğunu unutmayın. Yeri təyin etdikdən sonra, cihazınızla birlikdə təmin edilən bölməni divara bərkidə bilərsiniz. Filteri şaquli formada taxılmalısınız. Bölməni quraşdırdıqdan sonra filteri yerinə qısqac ilə bərkidin.

 

Filterin hər iki ucundan su şlanqı ilə işləyəcəkdir. Bunları yuxarıda qeyd edildiyi kimi su təchizatı kranına və cihaza birləşdirin.

 

 

 

Qovşaqları yoxlamaq

 

Suyu şəbəkədən açın və sızmanın olub-olmadığını yoxlayın. Sızma aşkar etdikdə, su təchizatını bağlayın və bütün qovşaqları sıxın, sızan suyu silin, sonra yenidən yoxlamaq üçün suyu açın.

 

 

 

Kanistrə birləşdirmə

 

Əgər kran suyunuz istifadə üçün uyğun deyilsə, cihazınızı həm də kanistrə və çəlləya birləşdirə biləsiniz. Bu halda, nasos almağınıza ehtiyac yaranacaq. Uyğun nasoslar barəsində tövsiyə almaq üçün satıcınızla əlaqə saxlayın.

 

İlk olaraq su şlanqını cihazınıza birləşdirməlisiniz. Bunu etmək üçün birləşdirici hissəni cihazınızın arxasındakı su girişindən çıxarın. Şlanqı birləşdiriciyə keçirin sonra, sonra girişə doğru möhkəm itələyin. Qovşağı yenidən yerinə itələyin və çevirərək bərkidin. Bunu əlinizlə edə bilərsiniz, həm də açar və ya kəlbətindən istifadə edərək etibarlı olduğundan əmin ola bilərsiniz.

 

Sonra, su şlanqını cihazınızdan nasosa birləşdirin, daha sonra nasos ilə kanistri və ya çəlləyi əlaqələndirin. Bunu necə etməli olduğunuzu barədə nasosun istifadəçi təlimatına nəzər salın.

 

 

 

Qovşaqları yoxlamaq

 

Suyu şəbəkədən açın və sızmanın olub-olmadığını yoxlayın. Sızma aşkar etdikdə, su təchizatını bağlayın və bütün qovşaqları sıxın, sızan suyu silin, sonra yenidən yoxlamaq üçün suyu açın.

 

Su dispenserindən su içməzdən əvvəl ən azı 4 və ya 5 böyük stəkan suyun cihazınızdan axmasına əmin olun. 

 

 

 

İstifadədən öncə

 

Cihazınızı elektrik şəbəkəsinə birləşdirməzdən və şəbəkəni açmazdan əvvəl ən azı 4 saat kompressorun qaz və mayesinin durulmasını gözləyin. Bu müddətdən sonra cihazınızı elektrik təchizatına birləşdirib, şəbəkəni açıb onu öz yerinə çəkə bilərsiniz. Soyuducunuzu arxaya əyərək arxa bazadakı təkərlərdən istifadə edərək cihazınızı yerləşdirin. Su qovşaqlarında nasazlıq və ya əsas çıxış xəttinin qarışmadığından əmin olun. 

 

Yerləşdirdikdən sonra, ön ayaqları tənzimləyərək onun tarazlığından əmin olun. Hər iki ayaq döşəməyə möhkəm təmas edənədək ayaqların ətrafındakı halqaları əl ilə çevirin. Su tərəzisindən istifadə edərək cihazınızın tarazlığından əmin olun.

 

Nəhayət, istənilən su saxlancını doldura bilərsiniz. Ərzaqları yeni soyuducunuza yükləməzdən əvvəl təxminən 6 saat gözləməlisiniz, beləki onun müəyyən olunmuş tempratura çatması üçün bu vaxt müddətinə ehtiyacı var.

 

 

 

Beləlikə, o artıq sizin ixtiyarınızdadır. İndicə su təchizatlı yeni Beko soyuducunuzu quraşdırdınız! Yeni cihazınızı istifadə etdiyinizdən zövq aldığınıza ümid edirik.

 

 

Kimsə ilə məsləhətləşmək daha yaxşıdır?

Beko